83. HACILI KƏNDİ Bı kəntdə vaxtiynən neçə adam olufsa, hamısı gedif haca. Ona görə də kəndin adını Hacılı qoyuflar. Bını mən uşax vaxtı ağsakqallardan eşitmişəm. Eşitmişəm ki, bı kənd adi bir kənd idi. Haca gedənnən sora deyiflər ki, gəlin elə bı kəndə Hacılı deyəh. Elə o vaxtdan kəndin adı Hacılı qalıf. Bizim kəndimizdə çox tayfa olmuyuf. Bir dənəsi oluf, o da Bağırrı tayfasıydı. Bizim tayfaydı. Özü də varrı adamlar oluf. Bınnar ancax bir-birinnən qız alıf, qız verirmişdər. Bı tayfanın adamları o qədər qışqırıf, bağırırmışdar ki, elə onnara Bağırrılar deyiflər. Bı kəntdən gedif başqa yerlərdə kənd salıflar. Əyin12 kəndi var ha, onnar bizim kəntdən getmədilər. Bınnar Qurt qalasını salıflar Ermənistanda. Onnarın hamısı, qızım, varrı adamlar oluf.