10. ALLAHIN TOYUĞA ACIQLANMASI
Qızım, biz uşağ olanda bir yerə gedəndə yadımızdan çıxırdı, demirdik ki, Allah qoysa, gedəjeyih. Nənəm də deyirdi ki, toyux kimi danışmıyın, bala. Allah qoysa deyin. Nənəm bizə toyuğun niyə uça bilmədiyini nağıl eliyirdi. Deyirdi ki, bir dəfə quşdar deyiflər ki, yığılax bir yerə. Çöl quşdarı, ev quşdarı – hamısı yığışıflar bir yerə. Quşdar deyiflər ki, Allah qoysa, biz hamımız uçajeyıx. Öz dillərində deyiflər. Birdən toyux deyif ki, Allah qoysa da, qoymasa da mən uçejem. Quşdar hamısı uçuf gedif, toyuğ uça bilmiyif. Deməli, bala, o vaxtdan toyuğ Allaha qarşı çıxdığınnan Allahın qəzəbinə gəlib, uça bilmiyif. Allaha qarşı çıxmax olmaz.
Dostları ilə paylaş: |