89. ƏSLİ-KƏRƏM BULAĞI Gəncə xanı Ziyadxanın Qara Məlik adında bir xəzinədarı vardı. O, bizim kəntdə olurdu, ətraf kəntdərdən vergi yığırdı. Qara Məliyin orda tağbəndləri vardı. Kəndin arxa tərəfində Güm-güm bulağı var. Əsli o bulağa suya getmişmiş. Kərəm də Gəncədən bir dəstə atdıynan ova çıxır. Gəlif çıxır bizim kəndə. Orda Güm-gümdə həmən Qara Məliyin qızı Əslini görüf ona aşiq olur. Gedif atasına deyif ki, onu al mana. Qara Məlik qızı vermir, gejəynən köçüf gedir. Kərəm də düşür bunun dalına, Ərzurumda düşür qara, orda ölür. Əsliynən Kərəm orda görüşdüyü üçün həmin bulağa Əsli-Kərəm bulağı deyillər.
90. SOLTANBUD Güləbirt kəndində bir dənə kümbəz var. O kümbəzin adı Soltanı-bud kümbəzidi. Aşıx Sarının qəbri də həmən kümbəzin dibindədi. Soltanı-bud Güləbirtdi olub. Məzməzəhdən Qazıdərəsinə qədər nə qədər mülk varsa hamısı Soltanın olub. Bağırbəyli adamları deyiflər ya bunu öldürək torpağını parçalıyax, ya da torpağınnan bir hissəsini versin. Soltanı-bud da çox iti adam oluf. Deyif, siz maa sataşmıyın, bir metr yox, bir qarış da torpax verən deyiləm. Əgər sizin ağsakqalınız dosduxnan gəlif desəydi burdan bir belə torpax kəs ver maa, o ayrı şeydi. Amma tüfəng güjünə qalsa, alammazsız. İndi bu öz dəsdəsiynən, olar da öz dəsdəsiynən atışıllar. Axır ki, bir güllə gəlir Soltanın budunu deşir o tərəfdən çıxır. Sora ordan çürüyür düşür, adını qoyullar Soltanı-bud. Yəni tək buddu Soltan.