91. BƏYİN ZAĞASI Sultan bəy qaçax olan vaxdı yaralanmışdı. Ağdamın Geşdazı kəndinnən bir həkimi aparıf yarasını sarıtdırmışdar. Dağın arasında mağaradı. Bir gecə yatır yuxu görür. Görür kü, dağ uçur. Çölə çıxır. Çölə çıxan kimi böyük bir sal qaya guppultuynan gəlif düşür yerə. Demək, bəy orda qalmış olsaydı məhv olardı.
92. LAÇIN ADININ MƏNŞƏYİ Burda mərkəzi komitə hələ təzə təşkil olunurmuş. Hüsü Hacıyev getmişmiş rayonu təşkil etməyə. Biri deyif, Abdallar kəndinin adını qoyax Laçına. Laçın dağın döşündədi, rahat yerdə döyül. Rayon mərkəzi üçün oranın seçilməsinin səbəbi var. Gorus-Şuşa fayton yolu varmış. Avdallar kəndinnən bir az aralı orda yolun qırağında bir poçt tikiflər Nikalay devrində. At arabası Gorusdan poçtu gətirirmiş orda gejəliyirmiş. Həmçinin də Şuşadan gələn orda gejəliyirmiş. Hüsü Hacıyev gəlir ora rayonun təqdimatına. Rayonun adı üçün hərə bir təklif verib. Axırda belə baxıf deyif, bu dağın adı nədi. Deyiflər, bu Laçın dağıdı. Orda da laçın quşunun yuvası varmış. Deyif, elə bu şəhərin adı olsun Laçın.