93. TEMİRUÇAN DƏRƏ14 Üç nəfər – Səlim, Bəşir, bir də Temir gediflər ova. Yazbaşı imiş, gedillər kəklik ovuna. Kəklik də sərt yerdə olan quşdu. Qar yığnağı olur. Kəkliyin də xüsusi bir pərdəsi olur, onuynan ovluyullar. O pərdə müxtəlif rəngli parçadan düzəldilir, quş onu görəndə başın qaldırır. Kəklik özün göstərəndə ovçu onun yerin bəlirliyir onu atır. Bu götürür pərdəni ki, gedə kəkliklərin üsdünə. Qar nətər ordan uçursa, dərənin dibində qarın altında qalır. Qırx dokquz gün qalır qarın altında. Qırx dokquz gündən sora qarmağın biri ilişir civinə, onu çıxardıllar. O dağın adı Temiruçan dərə qalır.