Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə87/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   83   84   85   86   87   88   89   90   ...   300
98. DÜLDÜL HOPPULAN YER
Bizim kəntdə iki dağ var, dağın arasınnan su axır. Demək dağlar ikisi də daşdı. Ora Düldül hopbulan deyillər. Yezidnən qur­ban olduğum imamlardan hansısa gedir çıxır o Düldül hopbulana. Orda bax bu qəlbiliyində, boyu da belə bir daş var. Orda iki xən­cərin yeri var. Biri işdiyif daşın ortasınacan, biri hardasa on santı gedif. Deyillər, daşın ortasına gedən qılınc imamın qılıncıdı, amma üsdə qalan yezidin qılıncıdı. Düldül də imamlarımızın atıdı. Ordan Düldül sıçrıyıf, yezid sıçrıya bilmiyif.
99. ƏRİMGƏLDİ
Şuşaya çıxan yolda Ərimgəldi deyilən yer var. Bəylər Əsgə­ran tərəfə ticarətə-zada gedərdilər. O vaxdı bəylərin fayton­narının rəngi varmış. Onda xanımlar Ərimgəldi deyilən yerdə oturuf ərinin faytonunu gözdüyürmüş. Fayton görünəndə deyirmiş, ərim gəldi, mən getdim. O yerin adı ordan qalıb.

Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin