11. ÇOBAN ALDADAN ULDUZ Çoban qarannıx düşməmiş görür ki, göydə bir dənə ildız var. Elə bilir ki, axşam düşüf, sürünü haylıyıf kəndə tökür. Kənd camahatı deyir ki, çoban niyə sürünü erkən gətirif? Çoban da deyif ki, ildız çıxmışdı, onuçun elə bildim axşamdı. Camahat da deyif ki, o ildız səni aldadıf. Elə o vaxtdan da, bala, həmin ildızın adı çoban aldadan ildız qalıf. Axşamlar ildızdardan ən birinci çoban ildızı çıxır.
12. KİRİŞİN ƏMƏLƏ GƏLMƏSİ Canım fəda olsun sana. Deyillər ki, peyğəmbərimizin barmağı yaralanmışmış. Gedif oturuf bir qayada. Barmağının sarığını açıf atıf yerə. Orda kiriş əmələ gəlif. Yeyillər ha, bax o kiriş. Nətər onun barmağı sarıxlıydı, kiriş də o formada əmələ gəlif. Bı da ordan qalıf.