Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə91/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   87   88   89   90   91   92   93   94   ...   300
105. SƏBƏTKEÇMƏZ
Hər iki tərəfi sıldırım yamacdı, ortada dar yol var. Bir nəfər gilas dolu səbətləri öküzə yüklüyüf aparırmış satmağa. Öküz toxu­nufdu yamaca. Öküz aşıf yamacdan düşüf, gilas da əzilifdi. O vax­dan oranın adı qalıfdı Səbət keşməz. Səbət yüklü öküz ordan keş­miydi.
106. GAVIRLI DƏRƏSİ
Gavırrı böyüh bir dərədi, üst tərəfi də böyüh bir meşədi. Kə­narlarda çoxlu bulax varıydı. O Gavırrıda Seyfəli addı bir adam yaşıyırmış. Bunun bir erməni nökəri varıymış. Erməni də bijdi dənə, cannan-başnan buna qullux eliyir. Vaxtnanmış dana. Vaxtı qutaranda Seyfəli ona deyir ki, mənnən nə isdiyirsən? Erməni deyir ki, mana icazə ver, sənin torpağında yaşıyım. İcazə ver, haqqım elə o olsun. Ayləmi gətirim burda yaşıyım. Deyir, hə, nolar, get gəti. Gedir ayləsini gətirir, başdıyır burda yaşamağa.

Yavaş-yavaş gedir ətrafdakı ermənilərlə tanış olur. Gejənin bi­rində ermənilər gəlif Seyfalının külfətinin hamısını qırıllar. Öz­dəri başdıyır orda yaşamağa. Deyirlər ki, elə ona görə də oranın adı Gavırrı qalır. Bax da, qızım, ermənilər gavırrıxlarını hər yerdə gös­tərirdi.


107. ŞAHTAXTI
Bərgüşadın Darlar deyən hissəsinin sol tərəfində bir dağ var. Üstü yastıdı, düzənnih formasındadı. Yaşdı adamlardan eşit­di­yi­mi­zə görə, o vaxtlar şahlar, xanlarmı gəlif orda divan qurar­mışlar. Hakqa, ədalətə, yəni məsələlərə baxırmışlar. Yəni taxta çıxıf şika­yət­lərə baxarmış. Kim cəzalandırılırsa, boynu vurulursa, elə orda da basdırılırmış. Elə o vaxtdan da oranın adı Şah taxtı qalıf.

Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin