Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə92/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   88   89   90   91   92   93   94   95   ...   300
108. NƏZİR BULAĞI
Aslan bəy bizim kəntdən kənarda heyvan saxlıyırmış. Orda bir bulax var imiş. O gedif ordan suyu çəkdirif üsdündə tağbənd düzəltmişdi, çömçə qoymuşdu, su ora gəlirmiş. Bir müddət gələn­nən sora o bulax quruyur. Quruyanda Aslan bəy bir at nəzir deyir ki, su gəlsin. Bir müddət keçənnən sora su həmin yolnan gəlmir, baş­qa yerdən çıxır. Çıxanda gətirir bir at verir seyidə, bulağın da adını qoyur Nəzir bulağı.
TARİXİ ŞƏXSİYYƏTLƏR, QAÇAQLAR, TANINMIŞ İNSANLAR VƏ PƏHLƏVANLAR HAQQINDA RƏVAYƏTLƏR
109. EYMƏNMƏ KÖNLÜM, EYMƏNMƏ
Şah Abbas bir dəfə gəzməyə çıxanda görür ki, bir nəfər tualeti təmizdiyir. Öz-özünə deyir ki, eymənmə könlüm, eymənmə. Bun­nan da betər günə düşərsən. Şah Abbas öz-özünə fikirrəşir, deyir, görəm həyatda bunnan da çirkin iş var? Çirkin iş budu, bunu da bu görür, da nə deyir ki, eymənmə könlüm, eymənmə, bunnan da betər günə düşərsən. Bu söz şahın ürəyində qalır. Gedir, axşam libasın dəyişir. Deyir, gedin filan adamı çağırtdırın gətirin. Həmin adamı çağırtdırır gətirir. Deyir, mən şəhəri gəzməyə çıxmışdım. Sən belə bir söz danışdın. Bu sözün açıqlamasın maa de görüm. Kişi durur belə baxır, baxır. Deyir, şah sağ olsun, orda mən nə eyib iş gö­rür­düm kü? Təmizdiyirdim, zəhməthaqımı alırdım, gedirdim uşaxla­rım­nan halallıx alıb halal çörəyimi yeyirdim. Pis iş odu ki, mən kiməsə əl açam, deyəm maa bir maat ver. Onnan həyatda pis şey yoxdu. Mən kiməsə əl açıf pul qazanıf uşax saxlamıram. Öz halal zəhmətimdi. Tualeti təmizdiyif gedirəm uşağımı dolan­dı­rı­ram. Şah Abbas belə baxıf, baxıf, deyif, hə, doğurdan da, sən düz deyirsən. Ən hikmətli söz budu ki, sən öz zəhmətinnən öz ayləni saxlıyırsan.

Atam bunu tez-tez misal çəkirdi.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin