Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə94/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   90   91   92   93   94   95   96   97   ...   300
111. MƏNİM ATIM ANA-BALADI
Şah Abbas bir gün vəzirinə deyir ki, ey vəzir, denən atdarı ha­zır­rasınnar, dərviş libasında çıxax gəzək. Gəlillər bir çaya çatıllar. Çaydan keşmək isdiyillər, atdar keşmir. İsdiyillər qayıdalar, görül­lər bir atdı gəlir arabaynan. Deyir, yəqin bu çaydan keçəjək da. Gö­rək nətər keçəjək. Baxıf görür ki, vuruf çaydan keşdi. Şah Abbas vəzi­ri­nə deyir ki, onu çağır qayıtsın geri. Nətər olur ki, yol yeriyə bil­mə­yən yabı çayı keşdi, amma mənim atdarım keşmir. Çağırıllar. Deyir:

– Nəyə görə sənin atdarın çayı keşdi, bizim atdar keşmir?

Deyir:

– Şah sağ olsun, sənin atdarın hərəsi bir cinsdəndi. Birinə bir qamçı vuranda deyir, qoy o birsinə də vursun. Amma mənim atda­rım ana-baladı. Ana isdəməz balasına qamçı dəyə. Çəkir çayı aparır.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin