Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə96/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   92   93   94   95   96   97   98   99   ...   300
113. QATIRÇI MURAD
İbrahim xanın üç karrı adamı olur. Biri olur Molla Vaqif, Pərioğlu Həsən (Ağdamın üsdündəki Pəribulaq kəndindən idi), biri də olur Qatırçı Murad. Onnar o qədər şücaətdi, o qədər yaxşı olur ki. Həsən Araznan Kür arasında kim tabe olmurdu, ayağa qalxır­dısa, onun qabağını alırmış.

Qatırçı Muradın atası İran Azərbaycanınnan gəlmə Alverdi olur, özü də çox kasıb olur. Kirə aparırmış18, gətirirmiş. Bunun oğlu olur Murad. İbrahim xan deyir ki, Muradı ver mənim qəlfə-qatırıma baxsın. Onda da maşın yox, bir şey yox, yük daşımax üçün qatır saxlıyırmışdar, köhlən atdar saxlıyırmışdar.

Bir günnəri İbrahim xan gəlir, öz atını minə bilmir. At o qədər dəmli olur, o qədər yaxşı olur ki, atı minə bilmiyəndə deyir, görəm bu ata nə verir ki, at qoymur minmağa. Pusur bunu. Görür ki, Murad apardı atın yemini verdi. Yemini verənnən sora bunun altını qurulamax üçün peyin qurutdu. Peyini atın altına səpənnən sora paltarını soyundu onun üsdündə ağnadı ki, görüm haramı əzir. Onu əzən hissələri yığdı bir vedrəyə, apardı tökdü çölə. İbrahim xan bunu belə görəndə Muradı çağırır, deyir:

– Səni bəy yazacam.

Deyif:

– Mən kasıb bir kişinin oğluyam. Mənnən bəy olar?



Deyif:

– Səni bəy yazacam, sən yaxşı adamsan.

Ağdamın üsdündəki Muradbəyli kəndini də verdi ona. O Mu­rad­­bəyli həmən Muradın adına qaldı. Verdi ona, dedi ki, kəndin bac-xəracın sən al, orda dolan. Onun da törəməsi oldu Qara bəy. Ona görə deyillər, hər iyid Həsən olmaz, hər ağaşdan masan19 olmaz, hər oxuyan Molla Pənah olmaz, hər qatırçı Murad olmaz.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin