Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,69 Mb.
səhifə126/237
tarix01.01.2022
ölçüsü2,69 Mb.
#103083
1   ...   122   123   124   125   126   127   128   129   ...   237
18. TOY ADƏTLƏRİ
I mətn

Üş günnüh deyilən bir şey var idi. İndi gedif prokat götürüllər, onda hamı gəlinə ağdan gəlinnih tihdirirdi, onun örpəyi də olurdu. O örpəyi saxlıyırdılar. Gəlin köçəndə onun örpə­yini bir oğlan uşağı qəfil başınnan götürürdü, aparıf bir bar verən ağacın üsdündə onu saxlıyırdı. Gərəh qaynanamı, qaynatamı, ya gəlinin yoldaşımı aparıf o uşağa xələt vereydi ki, örpəyi o uşağdan aleydi.


II mətn

Keçmişdə gəlini at belində üzü örtülü gətirərdilər. Elə ki, gəlini düşürdub bəy evinə gətirərdilər, qız-gəlin onun başına yığı­şar­dı. Yaşlı qadınlar ona “xoş gəldin” eliyərdilər. O gəlinə deyilən “xoş gəldin” indi də bizim İrəvannı kəndində yaşayır. İndi də gəlini bəy evinə gətirəndə bu sözdəri deyillər:

Gəlin deyər yoxdu atam,

Qoyunu quzuya qatam.

Qaynatandı sənin atan,

Gəlin, xoş gəldin, xoş gəldin,

Bəyə tuş gəldin, tuş gəldin.

Gəlin deyər yoxdu anam,

Toxunmuyup, qalıb hanam.

Qaynanadır sənə ana,

Gəlin, xoş gəldin, xoş gəldin

Bizim ellərə tuş gəldin,

Bəyə tuş gəldin, tuş gəldin.
Gəlin deyər yoxdu bacım,

Şirin ağzım olar acı.

Baldızdarın sənə bacı,

Gəlin, gəldin, xoş gəldin,

Bizim ellərə tuş gəldin,

Bəyə tuş gəldin, tuş gəldin.


Gəlin deyər yoxdu qardaşım,

Onunçun ağrıyar başım.

Qaynın olsun sənin qardaşın,

Gəlin, xoş gəldin, xoş gəldin,

Bizim ellərə tuş gəldin

Bəyə tuş gəldin, tuş gəldin


Qızılgülü dəstə tutub dərəllər,

Gəlin, sənin ayağına sərəllər.

Darıxma bu gecə bəyi sənə verəllər,

Gəlin, xoş gəldin, xoş gəldin,

Bizim ellərə tuş gəldin,

Bəyə tuş gəldin, tuş gəldin.



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin