Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,69 Mb.
səhifə180/237
tarix01.01.2022
ölçüsü2,69 Mb.
#103083
1   ...   176   177   178   179   180   181   182   183   ...   237
42. CANAVAR, QOYUN VƏ AT
Bir canavar ajımış. Bir qoyun gəlif yanına. Qoyuna deyif:

– Hə, yaxşı oldu, mən səni yəəjəm.

Qoyun deyif:

– Hə, bilirəm yəəsən. Qoy bir oyunum var, onu oynuyum sora yenən.

Hə, bir belə gedif, bir belə gedif. Qəfildən qoyun sıçrıyıf qa­çıf. Qoyun qaçıf, canavar qovuf. Qoyun gedif çovana iras gəlif. Tay canavar gedə bilmiyif. Qayıdıf gəlif, görüf ki, bir at var yolda. De­yif, elə bu atı yəərəm. At deyif, bilirəm yəərsən, dal əyağımda şakalad var, qavaxcan get onu yenən, onnan sora gəl məni yenən. Axı atın da əyağına nal vırıllar. Elə addıyanda canavar onun ağzı­nın üsdünnən təpiynən vurur. Canavarın ağzı para-para olur. İndi canavar yıxılıf yerə, deyir ki:

Getdin gördün qoyun,

Ye qalsın quru boyun,

Neynirsən oyun-moyun.

Getdin gördün at,

Ye, yanında yat.

Neynirsən şakalat-makalat?

Bu da belə gedir.



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin