Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,69 Mb.
səhifə20/237
tarix01.01.2022
ölçüsü2,69 Mb.
#103083
1   ...   16   17   18   19   20   21   22   23   ...   237
19. YAZIN QIRXBEŞİ
Hər fəslin, hər ayın özünün tarixi var, özünün müəyyən hərə­kətdəri var. Məsələn, yaz üç ay olur, onun yarısına yazın qırx beşi deyillər. Yazın qırx beşinnən sora bir o qədər də qar olmur, çavğun olmur. Yazın qırx beşinəcən amma qış üsdə gedir, çavğun da gözlənilir, qar da olur. Deyillər, daa yazın qırx beşidi, köş köşsün getsin dağa, day büyünnən sora nə qar olmıyajax, nə çavğun. Yazın adı belədi. Payızınki də onun kimi.
20. ZƏMZƏM SUYU
Bir nəfər hankısa başına döndüyümün ayləsi hamilə imiş. Azar­rıyan vaxdında deyifdi ki, aparım səni, filan yerdə işıx gəlir oraya. Aparıf bir dərədə qoyuf, gedif kəntdən adam gətirməyə. Bu gə­lincə gəlin azad oluf. Baxıf, baxıf, deyif: “Ey ilahi pərvərdigara, mən nəynən əlimi yuya bilərəm?” Başına döndüyüm Həzrəti Cəbra­yıldan nida yenifdi ki, indi sana su göndərəjəm. Uşax davannarıy­nan belə eliyifdi, uşağın hər davanının altınnan bir bulax qaynıyıf. Gəlin əlini-ayağını yuyuf təmizdiyyənən sora deyif:

Ey ilahi, şükür saa.

Allahda səda gəlif:

– Ey bəndəm, o üş gün İsmayıl qurbanıdı, üş gün Zəmzəm suyu. Kimin qavına bir damcı düşər, düşər.



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin