Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,69 Mb.
səhifə219/237
tarix01.01.2022
ölçüsü2,69 Mb.
#103083
1   ...   215   216   217   218   219   220   221   222   ...   237
44. ŞİR GƏLİR ASLAN ÜSTÜNƏ
Bir qadının üsdünə başqa bir günü gəlir. Köhnə qadın ona belə bir sifariş göndərir:

Gün gülüsdan üsdünə,

Gön gəlir bosdan üsdünə.

Gedin deyin o tülküyə

Gəlməsin aslan üsdünə.

Bu sözləri təzə gələn günüyə çatdırıllar. O da cavabında deyir:

Gedin deyin ağlamasın,

Başına qara bağlamasın,

Aslan təki cağlamasın,

Şir gəlir aslan üsdünə.
45. KÜRD QIZINA VURULAN OĞLAN
Deyilənnərə görə, əvvəllər bir oğlan bir kürt qızına vurulur. Geyinip bəzənir, paybaratdı qızın dalıca gedir. Gəlip çıxır qızın obasına. Bu qızı öz əmisi oğlu da isdiyirmiş.

Qızın adamları oğlanın niyətini annıyıllar. Onu möökəm döyürlər, pal-paltarını da soyundurup yola salıllar.

Oğlan sızıldaya-sızıldaya, göynüyə-göynüyə, kor-peşman geri qayıdır. Gəlip evinə çatanda tay-tuşdarı yığılır yazıx oğlanın başına. Hərəsi bir sual verir:

– Ədə, a başı xeyirri, bu nə gündü? Səni kim döyüp?

– Yaxşı, bəs paltarrarın hanı, onnarı neynəmisən?

Oğlan deyir:

Kürd evində yedim yuxa,

Kürdün evin Allah yıxa.

Əynimdəki mahut çuxa

Bağışdadım kürdə, gəldim.


Kürd evində asdım sacı,

Yığıldı kürtdərin acı.

Başımdakı qızıl tacı,

Bağışdadım kürdə, gəldim.


Kürd evində yedim balıx,

Kürdün evin yıxsın xalıx.

Əynimdəki çit arxalıx,

Bağışdadım kürdə, gəldim.


Kürd evində yedim omacı,

Tutdu məni qara sancı.

Belimdəki gümüş qılıncı,

Bağışdadım kürdə, gəldim.


Bir soruşun mənnən axı,

Neynədin apardığın baratı?

Altımdakı kəhər atı

Bağışdadım kürdə, gəldim.




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin