Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,69 Mb.
səhifə223/237
tarix01.01.2022
ölçüsü2,69 Mb.
#103083
1   ...   219   220   221   222   223   224   225   226   ...   237
50. ÇATA BİLİRƏM, GÖRƏM KİMİNDİ?
Yaz açılanda təkəyə deyillər:

– Bu keçilər kimindi?

Deyir:

– Hamısı moon.



Payız gələndə əldən düşüf, qüvvədən düşüf, qəyəyə çıxa bilmirmiş də. Qalmışmış qəyənin divində. Deyif:

– A təkə qağa, bu keçilər kimindi, getdi?

Deyif:

– Çata bilirəm, görəm kimindi?



VII

ATALAR SЦZÖ VД MДSДLLДR


  1. Ağaj səmtinə yıxılar.

  2. Ajı danışan şirin söz eşitməz.

  3. Ajıxnan itirərsən, səvirnən gətirərsən.

  4. Aj-yalavaş qudurğan olar.

  5. Arvad – pis kişini ər eylər,

Ortababı – şir ürəhli nər eylər,

Yaxşısı – əri dillərdə əzvər eylər.



  1. At addımına görə yox, adamına görə tanınır.

  2. At qaşdı, örkən getdi – aləm bir-birinə dəydi.

  3. Ata çörəydi, ana ürəydi.

  4. Ayağıı yorğana görə uzat.

  5. Bağa bax, üzüm olsun,

Yeməyə üzün olsun.

  1. Bağına gavalı, evinə qalalı dadanmasın.

  2. Bal olma ki, hamı səni yeyə, zəhər olma ki, hamı sənə tüfürə.

  3. Balam balasını isdər, mən öz balamı.

  4. Bığda çörəyinin bıynızı olar.

  5. Biri ölməsə, biri dirilməz.

  6. Dağ dağa qavışmaz, insan inasana qavışar.

  7. Dana, buzovlu yurtda qalmaz.

  8. Diş dur ki, başın salamat olsun.

  9. Dos yaxşıdı ye-iç, əmba alış-veriş eləmə.

  10. El var ki, deyillər get ordan bir ağlıkəm tap gəti, bu kətdən deyillər qarşaa kim çıxsa gəti.

  11. Əli yanıx bilər əli yanığın dərdini.

  12. Əzizim əziz, tərbiyəsi onnan əziz.

  13. Gejə qara, cüjə qara.

  14. Hər daş-kəsəvnən baş yarmazdar.

  15. Hər kəntdə bir eşşəh öldürməsən, baytar olmazsan.

  16. Hər kəsin bir dərdi var, heş kimə deməz, ağlar.

  17. İlan hara əyri getsə də, öz yuvasına, ojağına düz gedər.

  18. İlan vıran ala çatıdan qorxar.

  19. İnəyi duznan aldadılar, insanı söznən.

  20. İsdi çörəh təndirdən,

Minnəti yox pendirdən.

  1. Kim özünə xor baxar,

Boynuna torva taxar.

  1. İt qulağını kəsənnən qorxar.

  2. İt deyir, yiyəmin yeddi oğlu olsun, maa çörək atsın, hərəsinin bir loxmasını yeyim, qarnım doysun. Pişik də deyir, yiyəmin yeddi qızı olsun, hamsı da kor olsun, təpəsinə vurum, çörəyi əlinnən alım yiyim. Gör pişik nə pis arzu eliyir. Kor olsun e, deyir.

  3. İtdər ölüp, qurtdarın bayramıdı.

  4. İyid ər eldən gələr, oğul beldən.

  5. Kasıp evdən çıxanda elə bilir ki, ev varranıp.

  6. Kəsilsin iki əlin ki, bir başı saxlamıya.

  7. Koramal deyir: “Mən çalmaram, çalmaram. Çalanda da elə çalaram ki, qız südü, qısır əmən südü, day südü, daylax südü ona dərman olar”.

  8. Köçən yurdun qədrini qonan yurtdan biləllər.

  9. Kül başaa küllülər, serçələr səni dimdihlər.

  10. Mal gedər bir yerə, iman gedər min yerə.

  11. Mal yiyəsinnən, inəh sahibinnən miqdar götürər.

  12. Malı yaxşı saxla, qonşuu oğru tutma.

  13. Mazlumun ahı – devirər şahı.

  14. Mehribançılıx harda, çörəh orda.

  15. Namıs asasdı, qazan qarası gedər, namıs qarası getməz.

  16. Öküz əməyi – çörək.

  17. Ölü yəəsi kiridi, yasa gələn kirimədi.

  18. Ölüdən şeytan da əl çəkif.

  19. Piyadanın qaydasıdı atdıya gülər.

  20. Qartal yumurtasınnan qarğa çıxmaz.

  21. Qəjir deyif ki, dayım humbay olmaseydi, qurulu kotanı öküz qarışıx götürüf gedərdim. Humbay heş bir zada baxan döylü. Yurtda qalmış sür-sümük gəzir. Qaldırıf göydən buraxır, qırılır, gedif parçasını yeyir. Ona görə deyif ki, yanında xəjələtliyəm.

  22. Qonax payı əlində gətirər, qarnında aparar.

  23. Qurban olum o qana ki, üsdünnən bircə gejə ötsün (yəni üsdünnən bir gün keçdisə, demək, itdi-getdi).

  24. Qurt balası qurt olar.

  25. Quş var ətin yəllər, quş var ət yedirdəllər.

  26. Səvir ajıdır, meyvəsi şifşirin.

  27. Seyid Əhməd əliynən ilan tutur, onu da yalan tutur.

  28. Sirr açannan el qaçar.

  29. Söz qılışdan itidir.

  30. Söz var izi bitirər, söz var başı itirər.

  31. Toyux toyuxdu, o da su içəndə Allaha baxar.

  32. Ulu sözünə baxmıyan uluya-uluya qalar.

  33. Yağ yağnan qaynıyıp, yarma yavan olar.

  34. Yamanca dur burda, yaxşını tapınca.

  35. Yeddi bajanax yolnan gedirmiş. Birdən biri qaydır ki, bir kişi olseydi söhbət eliyərdih. Yəni bajanaxların arası olmur.

  36. Yumurtdamadı, yumurtdamadı, bəs falı nətəər oldu?


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin