Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,69 Mb.
səhifə226/237
tarix01.01.2022
ölçüsü2,69 Mb.
#103083
1   ...   222   223   224   225   226   227   228   229   ...   237
XI

DEYİŞMДLДR


Qız:

Budu, gəlir elçisi,

Altında yüyənçisi.

Mən ki sənə getmirəm,

Ay itlər irgənçisi.
Oğlan:

Budu gəlir saşdı qız,

Mərciməyi daşdı qız.

Mən səni heç almıram,

Sirkə-yumax, bitdi qız.
Oğlan:

Bulax üstə duran gözəl,

Bir xəbər ver ellərinnən.

Susuzmuşam, su isdərəm,

Tər xınalı əllərindən.
Qız:

Bizdər su verməriz yada,

İlqar, iman gedər bada.

Əslin kürttü Ömərzada,

(= Haramzada)

Su iç qalma yollarınnan.


Oğlan:

Kürdəm, kürtdüyümü danmaram,

Eşqin odun yanmaram,

Belə sulardan qammaram,

Şərbət içəx, əllərinnən
Qız:

Mənim adım Maşaxatın,

Ağırımca qızıl atın.

Sən bir kürtsən, mən bir xatın,

Elçi göndər ellərinnən.



XII

BAĞLAMALAR


  1. Mən aşıx boğazdadı,

Dad, ləzzət boğazdadı.

Axşamdan öküz öldü,

Sabahdan boğazdadı.


  1. Mən aşığam, ay mələr,

Bulut altdan ay mələr.

Həzirədə göl gördüm.

Mənə deyib ay, mələr.


  1. Mən aşığam, ay mələr,

Bulud mələr, ay mələr.

Doğmamış qoyun gördüm.

Quzu deyib ay mələr.


  1. Mən aşığam, bu göldə,

Yeddi can bu göldə.

Uçuf göyə çəkildi,

Dördü qaldı bu göldə.


  1. Ana, mənə nar göndər,

Yoxu bilmə, var göndər.

Salınmamış tingədən

Üzülməmiş nar göndər.


  1. Yox, ay aşıx, o daşdan,

O kərpişdən, o daşdan.

Aşıx sənə deyirəm,

Mən don tikim o daşdan.


  1. Mən aşığam, o daşdan,

O kərpişdən, o daşdan.

Sən o qumdan qum əyir,

Mən don tikim o daşdan.



  1. Aşıx bənək-bənəkdi,

Xalın bənək-bənəkdi.

Sənnən sordum, ay aşıx,

Araz neçə sənəkdi?


  1. Aşıx bənək-bənəkdi,

Xalın bənək-bənəkdi.

Çağır, Araz dayansın

Sayım neçə sənəkdi.



XIII

SAYAЗI SЦZLДR


1. Nənəm, qoyunun ağı,

Gedər dolanar dağı.

Qızdara cehiz ağı,

Uşağa bələk bağı,

Gəlin yeyər qaymağı.
2. Qoyunun özü gəldi,

Dolandı düzü gəldi.

Çobanın qucağında

Bircə cüt quzu gəldi.


3. Quzu-quzu, çal quzu,

Dili-dodağı bal, quzu.

Duman gəldi, itirdim,

Duman qaşdı, gəl, quzu.


4. Canım, ay qoyunun ağı,

Dolandı gəldi dağı.

Qarılar bişirər qaymağı,

Gəlinnər yeyər quymağı.


5. Nənəm, a qıllı keçi,

Məməsi ballı keçi.

Uca qaya başında,

Tutupdu yallı keçi.


6. Nənəm, a narış qoyun,

Yunu bir qarış qoyun.

Sağdım, tez küsüf getdin,

Gəl mənnən barış, qoyun.


7. Qoyunnar dərədədi,

Sütdəri bərədədi.

Keçilər uzaqlaşıb

Hərə bir dərədədi.


8. Nənəm, qoyun qaradı,

Yununu kol daradı.

Ağlına gəlmədi,

Kim qoyunu aradı?


9. Ala keçi sütdüdü.

Dələməsi daddıdı.

O tayda bir qurt gördü,

Tez bu yana addadı.


10. Nənəm, qoyun qaradı,

Yununu kol daradı.

Ağlına gəlmədi,

Kim qoyunu aradı?


11. Saya, saya, sayadan,

Qoyun gəlir qayadan.

Sayaçıya pay verin,

Damazlığı mayadan.


12. Fermanın gözü qoyun,

Dolan gəl düzü qoyun.

İldə bir əkiz gətir,

Sevindir bizi, qoyun.

13. Nənəm, a qəşəh qoyun,

Yunu bir döşəh qoyun.

Dağdan evə dönəndə,

Eyləyər göyşəh qoyun.


14. Qoyunun özü gəldi,

Dolandı düzü gəldi.


Çobanın qucağında,

Bir əkiz quzu gəldi.


15. Boyuna gedər

Axar, oyuna gedər.

Çobanın ağ ərkəci

Nişan toyuna gedər.






XIV

LAYLALAR, NAZLAMALAR


1. Laylay dedim həməşə,

Karvan gedər yenişə.

Döşəyində gül bitsin, ay qızım,

ay oğlum,

Yorğanında bənövşə.

Laylay , quzum, a laylay,

Laylay, balam a laylay.

= Laylay çalım həmişə,

Karvan gedər yenişə.

Yastığında gül bitər,

Yatağında bənövşə.
2. Laylay dedim, su gəlsin,

Balam yatsın, yuxusu gəlsin,

Uzax-uzax ellərdən,

Qərib-qərib yollardan,

Balamın əmisi gəlsin, dayısı

gəlsin.


= Laylay deyərəm su gələr,

Yatar balamın yuxusu gələr.

Uzax-uzax yollardan

Balamın atası, əmisi gələr.

Laylay, balam, a laylay,

Laylay, gülüm, a laylay.


3. Laylay çalım ucadan,

Səsin çıxsın bacadan.

Bala, Allah səni saxlasın

Çiçəhdən, qızılcadan.

= Laylay çallam ucadan,

Səsim çıxar bacadan.

Balamı çağıranda.

Haray verər ucadan.


4. Laylay dedim yatasan,

Çiçəklərə batasan.

Çiçəklər sənin olsun,

Kölgəsində yatasan.

= Laylay dedim, yatasan.

Qızıl gülə batasan.

Qızıl gülün içində

Şirin yuxu tapasan.

= Laylay deyim, yatasan,

Gül-çiçəyə batasan.

Yuxun yaxşı gəlsin,

Səhəri tez açasan.


5. Balam yatıf beşikdə,

Bülbül oxur eşikdə.

Sən yat, yuxun alginan,

Nənən duruf keşikdə.


6. Laylay deyim yatınca,

Gözlərəm ay batınca.

Sənə bir laylay çalaram,

Sən laylama yatınca.


7. Bağçamızda boyana,

Bağın yolu hayana.

Sana bir layla çalım,

Şirin yuxu tapınca.


8. Layla çalım yatınca,

Yastığa baş atınca.

Sən yat, yuxun alıynan,

Məksədinə çatıynan.


9. Laylay deyirəm adına,

Əli yetsin dadına.

İmam köməyin olsun,

Xalıx yetsin dadına.


10. Layla dedim yatıncan,

Gözdərəm ay batıncan.

Canım zinhara gəldi,

Sən hasilə çatıncan.


11. Bir bölüh qazdar,

Tükün tarazdar,

Cehizsiz qızdar

Bu balama qurvan.


12. Dağda darılar,

Sünbülü sarılar,

Qoca qarılar

Bu balama qurvan.


13. A dağdağannar,

Bülbül boğannar,

Oğul doğannar

Bu balama qurvan.


14. Ermənilər, harsınnar,

Yığışsınnar gəlsinnər

Bu balama qurvan olsunnar.
15. Səni verənə qurvan,

Könül görənə qurvan,

Hamı dedi fərədi,

Xoruz verənə qurvan.


16. Bir bölüh atdar,

Çəməndə otdar.

Ərsiz arvatdar

Bu balama qurvan.


17. Göynən gedən sonalar,

Bir-birini yan alar.

Balama qurban olsun,

Balası ölmüş analar


18. Balam, balam, balası,

Balam quşdar balası.

Arvadının qaynanası

Əlinə düşsə neylərsən?


19. Balamın balası balam.

Dalımın şələsi balam.

Əlimin yemişi balam,

Cibimin kişmişi balam.


20. Dil dodağı bal quzu,

Əli ayağı xal quzu.

Noğul balam, qənd balam,

Əl-əyağı bal balam.


21. Buzovlar, ay buzovlar,

Sənə qurban buzovlar.

Mənim bu toppuş balam,

Görən nə vaxt düz oynar?


22. Atım-tutum mən səni.

Qəndə (=şəkərə) qatım mən səni.

Acığım belə tutanda

Göydən atım mən səni.

= Elə ki, məni hirsdəndirsən,

Eyvannan atım mən səni.


23. Həsən, gəl ay, Həsən, gəl.

Həsən, gəl, ay, Həsən, gəl.

Ya mən gəlim, ya sən gəl.

Ürəyim getdi, qarqa maa qoz sal,

Ürəyim getdi, balamı əlimə

tez sal.
24. Balam gəlir ellərdən,

Ətəyi dolu güllərdən.

Xudam, sən balamı saxla,

Yaman-yaman gözlərdən,

Yaman-yaman dillərdən.


25. Mən çalım, oyna,

Qurvan boyuna.

Ellər yığılıb gəlsin

Balamın toyuna.



26. Başına dönüm, döndərim,

Səni məhtəbə göndərim.


27. Sən məhtəpdən gəlincə

Özümü daşa döndərim.


28. Balama qurvan quzular,

Balam nə vaxt düz oynar?


29. Balama qurvan alçalar,

Balam nə vaxt əl çalar?


30. Balama qurban inəklər,

Balam nə vaxt iməklər?


31. Balama qurban qayinnər,

Balam nə vaxt oyniyər?


32. Balama qurban ozannı,

Üsdü pilov qazannı.


33. Balama qurban havalı,

Təhnəsi qurbağalı.




XV

NДĞMДLДR, MДRSİYДLДR
HAXIŞTALAR
O tay, bu tay bərxana, haxışta

Getmərəm mən yad xana, haxışta.

Əhməd xanın qoşunu, haxışta

Kəsib bulax başını, haxışta.


Adlı üzük, can barmax, haxışta

Keşdi sinəmə qarmax, haxışta

O qızı yaddar apardı, haxışta

Mənə qaldı yad almax, haxışta


Oğlan, adın Talıbdı, haxışta

Gün dağları alıpdı, haxışta.

Verdiyin qızıl üzük, haxışta

Barmağımda qalıbdı, haxışta.


Ağ alma, qızıl alma, haxışta

Nimçəyə düzül alma, haxışta.

Çirkin al əsli olsun, haxışta

Bədəsil gözəl alma, haxışta.


İrəvanın yolu haça, haxışta

Sığal çəkdim ipək saça, haxışta.

Qurban olum mən yara, haxışta

O gəlir qaça-qaça, haxışta.


İrəvanın yolunda, haxışta

Gül açaydı qolunda, haxışta.

Qızıl sahat olaydım, haxışta

Mən yarımın qolunda, haxışta.


O tayda quzu gördüm, haxışta

Tükü qırmızı gördüm, haxışta.

Açıb cənnət qapısın, haxışta

Sevdiyim qızı gördüm, haxışta.


O taydan ox atdılar, haxışta

Yaylığınnan tutdular, haxışta.

On iki tüfəy, bir alma, haxışta

Yara sapand tutdular, haxışta.


Ağdır üzüyün qaşı, haxışta

Yandı ürəyim başı, haxışta.

Adını deyə bilmərəm, haxışta

Cahannarın yoldaşı, haxışta.


YA MƏNİM SƏBRİMİ VER, YA DA SEVGİMİ
Dərya qırağında tihdirdim hamam,

Oxudum sözümü, elədim tamam.

Adın qurbanıyam, on iki imam,

Ya mənim səbrimi ver, ya da sevgimi.


Dərya qırağında tihdirdim kümbəz,

Adımı qoydular, vallah, genə də bilməz.

Adın qurbanıyam, gözə görünməz,

Mənim səbrimi ver, ya da sevgimi.


BİR OTAQ TİKDİRDİM, TAMAMI KAŞI
Bir otax tihdidim,

Tamamı kaşı.

Bir usda gətidim,

Olufdu naşı.

Bir oğlan səvmişəm,

Sevda yar başı.

Bir otax tihdidim,

Tamamı şüşə.

Bir usda gətidim,

Tuta gümüşə.

Bir oğlan səvmişəm,

Atdana-düşə.


Bir otax tihdidim,

Tamamı buxarı.

Bir usda gətidim,

Çəkə yuxarı.

Bir oğlan səvmişəm,

Qara çuxalı.



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin