Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,69 Mb.
səhifə231/237
tarix01.01.2022
ölçüsü2,69 Mb.
#103083
1   ...   227   228   229   230   231   232   233   234   ...   237
ŞIXLI QURBANLA ŞAİR BƏHMƏN
Qazaxdan Şıxlı Qurban məllim İstisuya gəlir, Kəlbəcərin Ca­van­şir qəzasının yaxşı vaxtında. Ordan-burdan xəbər alır ki, dərdin alım, o şair Bəhmən vardı, bəlkə onu görəsiniz. Deyillər ki, ay qağa, Bəhmən məllimi indi tapbax çətin olar.

Şıxlı Qurban deyir:

– A qardaş, niyə?

Deyillər:

– İndi ot biçini vaxtıdı Kəlbəcərdə, Bəhmən məllimin başı ot biçininə qarı­şar, çətin olar onun tapbax.

Şıxlı Qurban deyir:

– Ə, qardaşoğlu, o kətdənsən?

Deyir:


– Bəli.

Şıxlı Qurban deyir:

– Ona kağız versəm, verərsənmi?

– Əmi, niyə vermirəm?

Üç bənd şeir yazır. Yazır verir oğlana. Oğlan gəlir Seyitdər kən­dinə, Bəh­mən məllimi tapır, məktubu ona verir. Məktub Bəh­mənə yetişəndə Bəhmən deyir:

– Ə, a bala, yavaş görüm, bunu hardan gətirmisən genə qara xəbər kimi?

O vaxtı o Sovet hökumətinin vaxtında dedi görən bu şikayət ərizəsidi, nədi? Açanda belə baxdı ki, üş bənd şeir yazılıb:

Təbinə bələdəm, ay şair Bəhmən,

Özünü görməyin marağındayam.
Qoca abdal kimi yollar üstündə,

Vəfalı dostların sorağındayam.

– A bala, otur, dəftər-qələmini çıxart. Mən gedənə qədər o kişinin ürəyi part­dıyar. Şeirin cavabını apar.

Cavabında şair Bəhmən yazır:

Şirin ülfətinə qurban, a Qurban,

Qədir bilənlərin dodağındayam.

Məni tapbax elə müşkül iş deyil,

Qocaman Murovun qucağındayam.

– İkincisini oxu, görüm.

İkinci bəndində Qurban məllim yazır ki:

Ömür, gün keçdikcə can tapır qada,

Ləzzəti, nəşəni verirsən bada.

Loğman İstisuda dönüb fəryada,

Dağların gözünün qabağındayam.

Demək istiyir ki, mən hal-hazırda İstisudayam. Bəhmən məl­lim bu şeirə də cavab yazır:

Bir də ələ düşməz ömrün keçəni,

Dolanım başına, kövrəltmə məni,

Şirin sözlərinnən tanıdım səni,

Həsrətin, hicranın fərağındayam.

Qurban məllim şeirin axırında yazır ki:

Qurbanam, Qazaxda Şıxlıdı obam,

Xram, Kür birləşən yerdədir yuvam,

Vidadi, Vaqifdi, Salikdi babam,

Vurğunun, Mehdinin torpağındayam.

Bəhmən məllim sözün təxəllüsünə belə cavab verir:

Bəhmənəm, sakini cənnət-məkanım,

Körpə balasıyam Azərbaycanın.

Dədə Ələsgərin, şair Qurbanın,

Şəmşirin müqəddəs ocağındayam.



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin