39. İBRAHİM PEYĞƏMBƏR
Ummuyətnən, kadınnarda paxıllıx Həcərin vaxtınnan, İbrahim peyqəmbərin vaxtınnan varmış. Həcər kənizimiş. Sara əmisi qızıydı. Saranın yetmiş iki yaşı olur. İbrahim peyqəmbərin də çox olur da yaşı. Bı (Sara – top.) məcbur eliyir ki, Həcəri alginən. Sora İbrahim peyqəmbər üz tutur ki, əmqızı, sən nətər razı olursan ki, mən sənin kənizıı alım daa? Deyir ki, yox ee, mən uşax isdiyirəm, mən də uşax səvməh isdiyirəm. Taa əlacı kəsilir, Həcəri alır. Bınnan bir oğlu olur, onun da İsmayıl olur adı. İbrahim peyqəmbər orda and içir ki, Allaha qurban verəjəm. Sora qoşdar gəlir onun əvəzinnən ki, bəs insanı kəsməh olmaz, ancax qoçu kəsməh olar, heyvanı kəsməh olar.
Sara bını o qədər isdəhnən sevir ki, İsmayılı. Atıp-tutur, atıp-tutur, sora anasına verir. Anası gedir arxada – o biri evdə başdıyır basır bağrına öpür, onnan sora yanıxlı başdıyır sevməyə, atıp-tutmağa. Bırda bının (Saranın – top.) qəlbi dolanır. İbrahimi çağırıp deyir ki, bılları – ana-bala apar elə yerə qoy ki, mənim gözüm görməsin. Nə qədər yalvar-yapış eliyir, görür bı əl çəhmir daa. Bılları götürüp gətirir indiki ziyarətgah var ee, yeddi dəfə gedip-gəlillər haa, Zəm-zəm suyu olan yerə. Həcər deyir:
– İbrahim, gedirsən, bəs bizi kimə tapşırırsan?
İbrahim deyir ki, sizi ancax Allaha tapşırıram, mən getməliyəm. Xulasə, bılları qoyur orda. Aparılan yeməh də tükənir, su da tükənir. Həcər başdıyır qaçır ağzı yuxarı, üsdən aşağı. Gedir-gəlir, gedir-gəlir, əlinə bir şey gəlmiyəndə, gəlir uşağa yaxınnaşır. Baxır görür ki, şırıltı gəlir. Orda Həcərə vəh gəlir. Vəh gələndə şırıltını eşidir. Deyir ki, getginən uşağı da çimizdir, onnan verginən, zulaldı, onnan sora yaxşı olassıız. Həcər sevincəh gəlir görür ki, İsmayılın ayağının altınnan bulax çıxıp başdıyır şırhaşır getməyə. O sudan da içir, uşağı da çimizdirir, eliyir. Bıllar bırda yaşıyıllar. İsmayıl böyüyür.
İbrahim gedir-gəlir, bıllardan hal-əhval tutur. Sora bir dəfə İbrahim peyqəmbər bının arxasıncan gedir. O vaxdı qureyşdər yaşıyan yerə gedip çıxır. Bilir ki, bı evlənipdi. Soruşur kin, bala, İsmayılın evini tanımırsıız? Gösdərillər ki, fılan yerdədi. Bı gedir tapır, görür ki, bir kadın oturup içərdə. Bı salam verir. Çarıxlı olur daa. O vaxları heyləymiş. Deyir ki, İsmayılın evi bıradı? Deyir ki, hə, bıradı. Taa bı qalxıp ayağa bına yer gösdərsin qoca üçün, taa bına təəzim eləsin ki, gəlginən otur, çörəh yeginən, belə şeylər olmur bırda. O da baxır bı qıza, deyir ki, kimsıız? Deyir ki, mən İsmayılın yoldaşıyam. Deyir ki, bəs İsmayıl nə vax gələr evə? Deyir ki, bəs ruzu dalınca gedip. Deyir ki, nətər dolanırsıız? Deyipdi ki, çox pis dolanırıx, ac qalırıx, urzumuz olmur, eləmir. Ummuyətnən, acı danışır daa bınnan. «Şükür Allaha» deməh əvəzinə, belə şeyləri naşükürrühnən danışır. Deyir ki, qızım, mən gedirəm, İsmayıl gələndə deyərsən ki, belə bir qoca gəlmişdi, dedi ki, qapının astanasını dəyişdirsin. Çıxır gedir.
İsmayıl navaxdan sora gəlir. Gələnnən sora deyir ki, belə bir qoca gəlmişdi. Deyəndə deyir ki, o, mənim atamıydı.
Deyir:
– Dedi ki, mən gedirəm, qapının astanasın dəyişdirsin!
İsmayıl oturup sarığının torpağını töhməmiş, yoldaşına deyir:
– Dur ayağa, gedəh qazının yanına.
Deyir:
– Niyə gedəh?
Deyir:
– Bəs atam maa tapşırıpdı ki, səni boşuyum. Böyünnəri mən səni boşamalıyam.
Götürüp aparır qazının yanına, bını boşuyur. Bir müddət sora təh qalır. Neçə aylar, illər təh qalannan sora təzdən İbrahim peyqəmbər bir də gedir. Soruşanda deyillər ki, İsmayıl peyqəmbər bir də evlənip. Gedən kimi kadın tez qalxır ayağa:
– Baba, gəl içəri, gəl içəri.
Bının çarığını da çıxardır, su gətirir, ayaxlarını da yuyur. Deyir ki, yol gələn adama oxşuyursuuz, gəlin, oturun. Gətirir bına çörəh qoyur. Gözəl qullux eliyir, həm də ki, bının qabağında səcdə durur tanımıya-tanımıya. Baxır ki, gözəl insandı, İsmayıla dayax dura bilən bir kadındı. Onnan sora deyir ki, qızım, mən gedirəm, İsmayıl gələndə denən ki, qapının astanasınnan muğayat olsun, yaxşı saxlasın.
İsmayıl qayıdıp gələnnən sora bılları danışır. Boyunu-buxununu deyənnən sora o da bilir ki, atasıdı. Deyir ki, o, mənim atamdı. O maa tapşırıp ki, səni yaxşı saxlıyım.
İbrahim peyqəmbərin yoldaşı Sara özü də peyqəmbər qızıydı, peyqəmbəriydi daa. Yuxu görür. Görür ki, bının oğlu olupdu. Yuxudan ayılannan sora üz tutur Allaha, deyir:
– Necə olur ki, yetmiş iki yaşım olsun, yoldaşımın doxsan yaşı olsun, mənim uşağım olsun, neynəsin?
Ona toxdaxlıx verillər ki, o hamısı Allahın əlindədi, neçə yaşın olur, olsun. Gətirir bına bir oğul verir, adını da qoyullar İsax. Ona da peyqəmbərrih verir. İsaxdan da Yaqup peyqəmbər əmələ gəlir.
Dostları ilə paylaş: |