III mətn
Şıxlar kəndində Ağdonnu şıx var. Bir vəşi maralı tutur, əlinə də ilanı alır şallax yerinə. Deyir: “Hajı Qaraman qoy məhətdəl qalsın ki, mən elə kəramətin yiyəsiyən ki, vəşi maral minif gedirəm”.
Bunun da yarımçıx hörgüsü var imiş. Hörgünü minif gəlif onun qabağına. Deyif: “Xoş gəlmisən”. Deyif ki, hə, sən mənnən böyüh ojaxmısan. Maral da vəşi də olsa yeriyəndi, amma hörgünün yeriməyi möcüzədi.
Ağdonnu şıx gedif ona təzim eliyir ki, sən bütün ojaxlara padşah göndərilmisən Diyarbəkirdən.
IV mətn
Bir dəfə Hajı Qaramanın özünə İran zonasınnan qırx atdı gəlir. Hajı Qaraman hayat yoldaşına deyif ki (çul, örkən olurdu da qabax, siz yağın ki görməmisiz), ata çul, örkən gətir. Gətirif bir çul-örkən. Deyif:
– Başına dönüm, axı bu qırx atdı, bir at dəyil a?
Deyif:
– Sənin işin yoxdu, sən göt çulla.
Köhnə dağarcığın divinnən də bir tas arpa gətirif. Deyif:
– Axı bu bir atın normasıdı?
Deyif:
– Sənin işin yoxdu.
Götürdühcə gəlif yerinə, götürdühcə gəlif yerinə. Qırx atın qırxına həmin çul-örkən, həmin arpa bəs edif. Belə-belə onun möcüzələri oluf.
V mətn
Alı Mamedov gəlif, o vaxdı bilmirəm komitet imiş. Üç milis göndərif, biri də Mütəllim addı ki, gedin Hajı Qaramanı dağıdın. Gəlif ora düsəri vuran vaxt – elə düsərin yeri bilinir, – düsərin ağzı keçif daşa, elə orda da qalıf. Kişinin gözdəri tutuluf. O birisinin də atının yəhəri aşmışmış, düzəldəndə at ayaxlıyıf onu. Elə heylə qayıdıf gediflər. Deyiflər ki, bəs belə-belə. Onda Alı Mamedov deyif ki, tay toxunmalı dəyil, toxunmuyun ona.
Bir nəfər deyif ki, mən onu təkcə dağıdaram. Elə birinci əlini daşa atanda qara ilan barmağınnan vuruf onun.
VI mətn
Biri taxıl əkirmiş. Quraxlıx oluf, taxıl bitmiyif. Bu da keçirmiş. Deyif:
– Ay baba, bəs nağarajağıx, bu il bizim balalarımız qırılajax.
Orda o iki rükət namaz qılıf, Allaha yalvarıf, dua eliyif. İki dəyqə keşməmiş leysan gəlif taxılı bərpa eliyifdi. Yağış çəkilənnən sora taxıl bitif.
Dostları ilə paylaş: |