Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,69 Mb.
səhifə136/237
tarix01.01.2022
ölçüsü2,69 Mb.
#103083
1   ...   132   133   134   135   136   137   138   139   ...   237
9. RƏQƏMLƏ BAĞLI İNAM
Toyux basdıranda yumurtaları altına təh-təh yığırdılar: ya on bir, ya on üç, ya on beş. Təh rəqəmin həmişə müqəddəs biliblər. Tək olmağı yaxşıdı də. Allahın adı da təhdi. Özü də qoyanda deyirdik ki, mənim öz əlimlə yox, Fatma ananın əliynən qoyuram. “Pismillah” – deyirdi, yığırdı toyuğun altına. Biri də lax olmurdu, hamısı çıxırdı.
10. AĞACI QORXUTMAQ
Rəhmətlih İslam babamgilin yekə armut ağaşları varıydı, am­ma meyvə vermirdi, yekə ağacıydı. Rəhmətdik Fizzə nənəm deyirdi: “Ay kişi, dur baltanı götür, gedəh ağacın divinə. Sən deynən bı ağacı bı saat kəsəjəm, mən də deyəjəm a kişi, sən Allah, kəsmə, gələn il yəqin bar verəjəh, kəsmə”. Həqqətən, hədələdi, gələn il bar verdi. Bax, Quran haqqı. Bir də gilas ağaşdarı vardı, o da heylə gej bar verirdi. Heylə elədilər, qorxuzdular ağacı, ağaş bar verdi.

Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin