34. QOYUN, QARNINIZ DOYMASIN
I mətn
Çoban qoyunnarı aparıf otarıf gətirirmiş. Süleyman peyğəmbər axşam gəlirmiş, dilini bilirmiş da, soruşurmuş buyün çoban sizə nətər baxdı.
Deyif:
– Elə ağzımız ota çatanda bizi yığdı gətdi.
Çobana deyir. Çoban da deyir ki, and olsun Allaha, səhərdən axşamacan bu dağdan o dağa, o dağdan o dağa otarmışam. – Otuz il qoyun qırağında olmuşam, qoyunun qarnını doyurammamışam. – [Süleyman peyğəmbər] deyir ki, yağın çobandı, qoyuna baxmır. Çobana deyir:
– Sən paltarıı ver maa, mən paltarımı verim saa. Buyün özüm aparıf otarajam.
Qoyunu qatır qabağına bu yoncadan o yoncaya, o yoncadan o buğdaya, bu buğdadan o arpaya, o dağa, bu dağa. Vaxt gələndə gətirir. Paltarını dəyişif gedir qoyunun qavağına. Deyif:
– Buyün çoban sizə nətər baxıf?
Deyif:
– Gündə bunnan yaxşı baxırdı. Elə ağzımız çatan vaxdı yığdı gətdi.
Deyir:
– Səni görüm ayağın gəzsin, qarnın doyuf gözün doymasın, sənin dalınca gedən də yorulmasın.
II mətn
Deyilənə görə, Musa peyğəmbərin nəysə bir günahı oluf. O günahına görə Allah-tala deyif ki, yeddi gün qoyun otarassan. Yeddi gün, yeddi gejə qoyunu otarıf, gətirif qəhələ yığmax isdiyəndə peyinnihdə çıxan əvəlihdi, alax-ulaxdı, qoyun yapışıf buna. Deyif:
– Səni yeddi gün, yeddi gejə mən qoymamışam yatasan, otarmışam. Ə, tit, – deyəndə qoyun qayıdır ki, pah, ağzımız indi ota çatmışdı, indi də bizi yığdılar içəri.
Onda Musa peyğəmbər ona qarğış eliyif. Deyif:
– Qoyun, sənin qarnın doymasın, dalınca gedən yorulmasın.
Həqqi də heylədi. Qırx kilometirdən qoyunu gətirirdih heç yorulmurdux, amma bir damcı yolu gedəndə yorulurux.
Dostları ilə paylaş: |