41. İSA PEYĞƏMBƏR
İsa peyğəmbər sağdı da hələ. Mehdi Sahib-Zaman zuhr olanda onda o da gələjəh, ikisi bir yerdə elə bil ki qırx il padşahlıq eliyəjəklər. İsa peyğəmbər də həylə ölüləri həm də dirildirmiş. Elə bil ki kimsə öləndə gedif çağırırmış, dirildirmiş, danışdırırmış. Hə...
42. MƏHƏMMƏD PEYĞƏMBƏRİN ÖLÜMÜ
Bir gün bı, əsabalarını yığıf başına. Çağırıf deyif ki, mən dünyamı dəyişəjəm, məəm bir-iki töfsiyəm var, gəlin sizə nağıl eliyim. Dediyi vaxda çamaat yığılıf gələndə görüllər ki, Məhəmməd peyğəmbər bağda ağaş divi təpir. Deyir:
– Ya peyğəmbərimiz, axı siz dediz mən ölürəm, sizə mənim töfsiyəm var.
Deyir:
– Hə, düz deyirsiz, bala, indi yaxşı eliyif gəlmisiz. Mən bı işi görürəm ki, gedif oğurrux eləmiyəsiz, əv çapmıyasız, adam öldürmüyəsiz, qan töhmüyəsiz, zəhmatıznan işdiyif dolanasız. Haram mal yemiyasız. Ona görə bu işi mən sizə tövsiyə eliyirəm.
Deyir ki, mən rəhmətə gedəjəm, məni ağ dəvənin üsdünə qoyarsız, ağ dəvə harda yatsa, orda məni dəfn edərsiz.
Üş günnən sora Məhəmməd peyğəmbər əleyhsalam dünyasını dəyişir. Bını qoyullar ağ dəvənin üsdünə, tafırını bıraxıllar, camaat düşür bı ağ dəvənin dalına. Gəlir, həmən, Məkkə, Məkkə deyirih ha, orda yönü qivliyə yatır. Orda, o Məkkədə Məhəmməd peyğəmbəri dəfn eliyillər. İndi o Məkkiyə gedənnər gedir hamısı orda onun qavrını ziyarat eliyir.
Dostları ilə paylaş: |