Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,69 Mb.
səhifə63/237
tarix01.01.2022
ölçüsü2,69 Mb.
#103083
1   ...   59   60   61   62   63   64   65   66   ...   237
62. DÜLDÜL PİRİ*
İmamın ağzını gavır diriyif qayaya, deyif:

– Mana tabe ol, saa su verim.

Elə orda xançalı çəkif qayaya, deyif:

– Mana su azdığı deyil ey, ay kafır.

Xançalını vurduğu yerdən su çıxır. Sora orda bir kadınnan bir kişi, üzr isdiyirəm, natəmiz olullar, gedif həmən suda çimillər, su quruyur. Hay gəlir qalxoz sədrinə. Qalxoz sədri deyif:

– Niyə quruyuf?

Bir ağsakqal olur Baxış kişi, deyif:

– Filankəsnən filankəs gedif o suda çimif, ona görə quruyuf.

Deyif:

– Gedin o suya qurban kəsin bilmirəm, Allahın yanına, əstəfrillah, çıxın bilimirəm, ordan su çıxsın.

Olar gedif orda qurban kəsif. Deyif:

– Ya peyğəmbər, qələt eləmişih.

Onnan sora su çıxıf.
63. AŞIQ QƏBRİ
Aşıx qəbri deyirdilər. Deyirdiər, o, Yaxşıynan sevgi imişlər. Bunnar bir-birinə qovuşa bilmiyif. Deyif:

Mən aşıx, sinə oyun

Sindirin, sinə qoyun

Yaxşını qibləsinə

Aşığı tərsinə qoyun.

O, Qubatdı rayonundadı. Onun dörd bir tərəfində daşdan dəvə, at, hər bir şey vardı. Boğazında zobu olan o ojağın üsdünə ge­dirdi. Üş çərşənbə günü ora gedif o torpaxdan boğazına çəkəndə zobu gedirdi. Həkəri çayının o tərəfində Aşığın qəbridi, bu tərəfin­də Yaxşının. Bir dənə kümbəz varıdı Sarı aşığın böyründə. İstədih onu hərrənəh, bir dənə ağsakqal kişi dedi ki, ora hərrənmə, o nəhlətdəmədi. Deyirdih:

– Niyə nəhlətdəmədi?

Deyirdi:


– Yaxşıynan Aşığı o qoymuyuf bir-birinə qovuşa.

Deyirdilər niyyətin qəbul olmaxdan ötrü gedif minərsən dəvə­yə, ya minərsən ata. Elə adam olurdu nə qədər cəhd eliyirdi, o daşın belinə qalxa bilmirdi.



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin