Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,69 Mb.
səhifə66/237
tarix01.01.2022
ölçüsü2,69 Mb.
#103083
1   ...   62   63   64   65   66   67   68   69   ...   237
65. MƏMMƏDLİ OCAĞI
Məmmətdi ocağı var, köhnə Məmmətdidə. Onu da eşitmişəm ki, çox ağır ocaxdı, inanılmış ocaxdı ha. Göyrəbasda Navrıs kişi olup. Ollar sora köçmüşdülər Gorusun Ağbılağına. O kişini Seyit yerinin başında ilan vırır. Elə bil otu biçir, yorulur. Dədəm and içirdi ki, o, belə uzanır, huşa gedir. Duranda insanda belə gərnəşmə olur da. Belə eliyəndə qolu düşür ilanın üsdünə. Düşəndə ilan bını çalır. Durur, qo­lunu möhkəm boğur, atı minir, ordan kəsə gedir Məmmətdi ocağına. Şahnisə arvat varıydı. Ocağa o baxırdı. Mücörrüyün o eliyirdi.

– Ay Navrıs, xeyir ola?

Deyir ki, Allah lənət eləmiş məni çaldı. Orda bir az tüpür­cəhdən, torpaxdan sürtürdülər, sağalırdı gedirdi. Üsdünnən bir on-on beş dəyqə keşmişdi, ilan gəlir. Həmən ilan gəlir ocağa. Arvat qa­yıdır ki, Allah saa lənət eləsin, sən gecihdin, ölüm səninkidi. Bax, belə bir xətt çəkirdi, o ilanın o xətdən çıxmağa ixdiyarı yoxuydu. Ta ölüp orda məf olunca. Allahın sirridi. Bı Məmmətdi ocağının mö­cüzəsiydi.


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin