III mətn
Varrı bir kişi olur, oğlunu evləndirir. Bunun həyat yoldaşı rəhmətə gedir. Bu, gəlini incitməmək üçün, hər gün qav-qaşığ yumaması üçün gedir qırx dənə taxta qaşığ alır, bir də tarelka alır. Deyir ki, qızım, yeməh yeyilənnən sora qavı-qaşığı yuma. Apar bir tərəfə yığ. Qırx gün tamam olanatan qızı qoymur qavları yumağa. Görür qav çoxalıf. Gəlini çağırıf deyir:
– Gəl bu qavları odda.
Bu, qavı-qaşığı oddadır buna. Oddadanda görür ki, bunun otuz doqquzu yandı, biri yanmadı. Deyir:
– Bu qırx gün mənim olan qonaxlarımın içində tək bircə dənə yanmıyan qavda yeyilən yemək afsanata düşüf.
Dostları ilə paylaş: |