50. QUYRUĞU YOX İDİ
Bir kişi olur. Gedir birinnən borc pul alır. Bu da nainsaf olur. Deyir ki, mən saa pulu bu şərtə verirəm: vədəsində qaytarmasan sənin ətinnən bir qıram kəsəjəm. Deyir yaxşı. Vədə tamam olur, deyir:
– Ver da.
Deyir:
– Vallah yoxumdu.
Deyir:
– Onda gedəjeyih qazıya şikayətə.
Düşüllər yola, gəlillər səhraya. Görür biri deyir:
– Ay qardaş, sən Allah, o dəvənin qabağını kəsin.
Borc alan yerdən bir təzəh götürür atır, dəvənin bir gözü çıxır.
– Ə, mənim dəvəmi kor elədin. Gedəjəm qazıya şikayətə.
Nəysə, bu da qoşulur qazının yanına, gedillər. Yolda görüllər bir kişinin, üzdən irağ, uzunqulağı batıf.
– Ə qardaş, maa kömək elə bunu burdan çıxardax.
Heş biri əl atmır. Bu boşdu əl atır ki, eşşəyin quyruğunnan tuta qalxıza, ulağın quyruğu əlində gəlir.
Gəlillər gejə bir kəndə düşüllər. Yayın gejəsi imiş. Bunnar bir məhlədə yatıllar, o biri məhlədə də bir aylə yatırmış. Gejə hamının yatmasınnan istifadə eliyif borc alan barıdan aşır ki, qaça. Barının divində də bir qadın yatmışmış, özü də həmli imiş. Barıdan aşanda düşür qadının üsdünə. Qadın uşağ xərc eliyir. Qadının əri də düşür bunun üsdünə. Bu da qoşulur bulara, gəlillər qazıya şikayətə.
Borc alanı arxada qoymullar ki, qaçıf eliyər da. Bunu qabağa buraxıllar ki, get qazının yanına. – Bu sözü yazma ey (söyləyici toplayıcıya deyir – top.). – Bu, içəri girəndə görür ki, qazının yanında bir qadın var. Bu, tez çölə çıxır:
– Ə, qazı lələ namaz qılır, ə, qazı lələ namaz qılır.
Camaatı dala çəkir, qoymur içəri girməyə. Qazı yanındakını yola salannan sora deyir:
– Kimdi şikayətçilər?
Bunu qabaxca itəliyillər. Girir içəri. Deyir:
– Ə, nədi?
Sifdə borc pul verən deyir ki, qazı lələ, bu mənnən borc alıf. Dedi ki, filan tarixdə qaytarajam. Razılaşdıx. Mən dedim ki, vaxdında qaytarmasan, pul almıyajam, amma sənin bədəninnən bir misqal ət kəsəjəm.
Deyir:
– Razılaşdı?
Deyir:
– Razılaşdı.
Deyir:
– Nolar. Sən onun qolunnan, qılçasınnan, budunnan, hardansa bir misqal ət kəs. Demiyif bir misqal, tut hardan kəsirsənsə kəs. Tərəziyə qoyuf kəsəjeyih, ya artıx, ya əysih olsa, üç misqal sənin ətinnən kəsiləjəh.
Bu qalır məhətdəl. Qazı ikinciyə üz tutur, deyir:
– Sənin şikayətin nədi?
Deyir:
– Əşi, mənim dəvəm qaçırdı. Dedim dəvənin qabağına durun, qoymuyun qaça. Götdü bir daş atdı. Dəydi dəvənin gözünü kor elədi.
Dedi:
– Paho, paho. Ə, sən bu kişini nə qədər günaha batırmısan. Ona görə də sənin gözünün biri çıxmalıdı.
– Əşi, mənim niyə?
Deyir:
– Bu yolnan gedirdi?
Deyir:
– Hə.
– Sən dedin da dəvənin qabağına dur.
Deyir:
– Hə.
– Bu da daş atdı, dəvənin gözü çıxdı. Günaha batdı. İndi gərəh sənin gözünün biri çıxsın ki, bunun günahı bir az yüngülləşə.
Bu arvad sahibi çox atılıf düşür. Deyir:
– Ə, dərdini de görüm.
Deyir ki, qazı lələ, vallah, Allahdan gizdin deyil, bəndədən niyə gizdin olsun. Mənim yoldaşım həmli idi, bu da qonşu məhlədə yatıfdı. Gejə qaşmax isdiyəndə yıxılıf arvadın üsdünə, arvad usax xərc eliyif.
Deyir:
– Ayə, lap yaxşı. Arvadı bu günnən verərsən ona. Arvad gedər qalar onun yanında. Neçə aylığ idi?
Deyir:
– Yeddi aylığ.
– Uşağın yeddi ayı tamam olanda gətirif verər özünə.
Eşşəh sahibi görür ki, bunun hamısını tərsinə yozur. Qazı bunnan soruşanda sənin şikayətin nədi, deyir:
– Qazı lələ, mənim heş bir şikayətim yoxdu. Mənim uzunqu-lağımın anadangəlmə quyruğu yox idi.
Dostları ilə paylaş: |