8. BEKAF BƏHLUL
Bir gün Bəhlul küçədə çox bekaf gəzirmiş. O qədər bekaf gəzirmiş ki, ta nətəri. Qardaşı Harun Rəşid də Bağdadın xəlifəsi idi. Qardaşı deyir ki, mənim qardaşımın gülməyini kim çatdırsa, onu dünya malınnan qəni eliyərəm. İndi nejə ki hamı lotereya alır ki, mənimki düşəjəh flan şeyə. Hamı bunu izdiyir ki, görüm bu harda güləjəh. Biri bunu izdiyəndə gəlir qəssab dükanının qabağında başdıyır möhkəm gülməyə. Güləndə biri eşidir bunu. Qaçır Bağdad Xəlifəsinə deyir ki, muştuluğumu ver, qardaşın güldü.
Deyir:
– Ə, olmaz.
Deyir:
– Canım üçün güldü.
Nəysə, çağırıllar, gəlir. Deyir:
– Ə qardaş, gülmüsən?
Deyir:
– Hə.
– Harda?
– Filan qəssabın dükanının qabağında.
– Bə nəyə güldün?
Deyir:
– Qardaş, indiyənə qədər mən elə bilirdim ki, Allah-tala sənin elədiyin günahların əvəzini mənnən çıxajax. İndi gördüm ki, yox ey, mənnən çıxası dəyil.
Deyir:
– Bəs nətər olajax?
Deyir:
– Ə, mənim Allahım o qəssab Məhəmməd qədər dəyil? – Onda da heyvanı kəsəndə öz ayağınnan asırmışdar. – Getdim Məhəmməd kişinin dükanının qabağınnan keçəndə gördüm qoyunu qoyun ayağınnan, keçini də keçi ayağınnan asıf. Allah onun qədər bilmir? İndi bildim ki, Allah-tala sənin günahını sana yazajağ, mənim günahımı da mana.
Dostları ilə paylaş: |