36. BƏXTƏVƏR SİZSİNİZ
Bir gün bir məclisdə söypət gəlinnərdən düşür. İş elə gətirir burda hamı qaynana olur. Hamı başdıyır gəlnini pisdəməyə, heş tərifliyən olmur. Biri deyir gəlnim yatağandı, o biri deyir iş bacarmır, bu biri deyir tənbəldi. Bir sözlə hamı gəlnini pisdiyir. Buların içində bir dənə diribalası varmış. Deyir:
– Ay arvatdar, səsinizi kəsin bir dəyqə. Kim gəlninnən narazıdırsa, əlini qaldırsın.
Hamı əlini qaldırır, birinnən başqa. Görüllər dinməzcə oturuf. Deyillər:
– Buuy, bəxtəfərə bax, gör necə yarıyıf, əlini qaldırmır.
Bu bəxtəfər də qayıdır ki, bəxtəfər sizsiniz ki, əliniz-qolunuz salamatdı. Bəs mənimki iki qolumu da qırıf, qaldıra bilmirəm.
Dostları ilə paylaş: |