40. İZ EŞŞƏYİN, FİL* GƏLİNİN
Birinin də bir gəlni olur. Bu gəlin hamilə olur. Kadınnarda deyillər də ağzı azır. Bunun dooğadan ötrü ürəyi gedir. İsdiyir ki, dooğadan ötrü ətini darta, yeyə. Bir günü bunun qaynənəsi bir qazan dooğa bişirir. Bunnan bir qaşıx gəlinə vermir. Bu gəlin dooğa sarıdan az qala hönkür-hönkür ağlıya.
– Allah, nətər eliyim, nejə eliyim, dooğadan ötrü ölürəm axı. Bir qazan orda dursun, mən də burda baxa-baxa qalım.
Arvad durur qazanı qoyur evin ortasına, evi möhkəm sucux eliyir, sudan tökür. Özü də deyir ki, mən gedirəm qonşuya, axşam gələjəm. Bu gedənnən sora gəlin qalır. Axı ürəyi gedir, bu dooğadan işməlidi. Deyir: “Neyniyim, nejə eliyim. Ayağımı qoyan təki izi düşəjəh. Arvad gələn təki biləjəh ki, mən gedif dooğanı işmişəm”. Əlacı kəsilir, eşşəh vardı, durur eşşəyi minir, avgərdəni də götürür əlinə. Saxlıyır qazanın yanında. Avgərdənnən götürür bu dooğadan doyunca içir. Tamam nəfsi sönür. Qayıdır gətirir gənə eşşəyi boşduyur, gəlir oturur.
Arvad gəlir görür, vay evi yıxılan fələh, qazan yenif ortasına, evdə də heş iz yoxdu, eşşəyin izidi. Arvad məətdəl qalır. İz eşşəyin izidi, fil gəlinin filidi. İşdi işdi, yarəb, nəynən işdi. Arvad elə belə deyə-deyə canını tapşırır. Can verən anda deyir: “İz eşşəyin izidi, fil gəlinin filidi. İşdi işdi, yarəb, nəynən işdi?” Gəlin gəlir deyir ki:
Eşşəyi mindi,
Avgərdəni götdü,
Getdi dooğanı işdi,
Səni də cəhənnəmə göndərdi*.
Onnan sora arvad canını tapşırır.
Dostları ilə paylaş: |