Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə176/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   172   173   174   175   176   177   178   179   ...   197
41. YAMAN DƏRTDİ, BACI
Bir arvadın da üş gəlini olur. Bu arvad bu gəlinnərə zulum verirmiş. Bir gün arvad deyir ki, mən dururam gedəm qonşu kəndə molla var onun yanına. Gəlinnər tək qalanda deyillər ki, buyünnəri qaynənəmiz evdə yoxdu. Durax nəsə bişirəh, yeyəh. Nə bişirəh, nə bişirəh. Ay qazan bulaşajax, qaşıx bulaşajax, yağ olajax, arvad bilə­jəh. Deyəndə balaja qız deyir ki, gətir kömbə bişirəh. Qavaxlarda belə kömbə bişirirmişdər, külə basdırırmışdar, içinə ayın-oyun qo­yuf soğannı-zaddı bişirirmişdər. Bular gətirir ojağı qalıyır, köm­bə­nin xamırını yoğurullar. Salıllar elə kömbəni bişirif ojaxdan çıxar­danda qəfil arvad gəlir. Arvad gələndə deyillər, ay bajı, nağarax, gəldi. Deyillər kömbəni bağlıyax tumanın altınnan belimizə, suya ge­dəndə aparıf orda yeyəh. Bunu evdə harda gizdətsəh arvad iyin­nən biləjəh. Kömbə soğannı-zaddı bişərmiş, iyi evə yayılan olur­muş. Gətirillər bunu büküllər bir yaylığa, bağlıyıllar böyüh bajının be­linə. Qaynar kömbə bunu yandırdıxca gəlin ayna-bayna soncuxluyur.

– Vay, vay, vay, yaman dərtdi bajı, – deyəndə ortancıl bajı deyir:

– Qorxma bağı bərhdi, bajı.

Guya möhkəm bağlamışam da, açılmaz. Deyəndə balaja bajı deyir:

Bilsə yaman dərtdi, bajı.

Arvad bunnan annıyır, deyir:

– Deyin görün bu nə sözdü. Bir də deyin mahnuzu.

Böyüh bajı soncuxladıxca deyif:

– Baba, baba, baba, yaman dərtdi, bajı.

Ortancıl deyif:

– Qorxma bağı bərhdi, bajı.

Kiçih deyif:

Bilsə yaman dətdi, bajı, – deyəndə arvad deyir:

– Bura gəlin görüm sizin nə sirriz var.

Buları lütdüyəndə baxır görür kömbə gəlinin belində. Köm-bəni alır özü yeyir, buların da hərəsinin belinə bir-iki dəfə vurur:

Mən yox idim, demək, belə eləmisiz?



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin