45. HƏLƏ GEDİB NƏNƏSİNİ DƏ ÖYRƏDİB
Bir dənə dul qadın olur, bunun bir oğlu olur. Bu isdiyir ki, oğlu dəmirçilih sənətini örgənsin. Gətirir şəhərə dəmirçinin yanına qoyur. Uşax qalır dəmirçinin yanında. Kişi qəşəh dəmirrəri yığır nətər lazımdı peçə. Peç qızdırır, götürür qoyur zindanın üsdünə, çəkişnən döyür, düzəldir. Obşim, uşax bir gün buna baxır, səhər də çıxır gedir evlərinə. Anası deyir:
– Oğul, noldu?
Deyir:
– Nənə, örgəndim.
Deyir:
– Nə örgəndin?
Deyir:
– Əşi, nə var orda. Dəmirdi, qoyursan ora, qəşəh qıfqırmızı qızarır, sora götürüf çəkişnən nətər lazımdı düzəldirsən.
Aradan bir müddət keçir. Usda gözdüyür ki, şagird səhər bir də gələjəh axı. Gəlmir. Bir neçə həftədən sora bir gün təsadüfən bu kişiynən bu arvad küçədə görüşüllər. Kişi deyir:
– Ay arvad, sənin oğlun tay gəlmədi. Niyə gəlif çıxmır?
Deyir:
– Boy, nənəsi ölmüş örgənif dana.
Deyir:
– Nə örgənif?
Deyir:
– Nə var orda? Dəmiri qoyursan ora, qəşəh qıfqırmızı qızarır, götürürsən çəkişnən döyürsən, düzəlir.
Deyir:
– Pay atonan, uşağdakı fərasətə bax ey. Bir günə özü də örgənif, hələ gedif nənəsini də örgədif.
Dostları ilə paylaş: |