Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə18/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   14   15   16   17   18   19   20   21   ...   197
20. ÖLMƏZLİK ALMASI
Onu (dirilik almasını – top.) göndərillər şahın bağında əkilsin, meyvə versin. Guya şahın ətrafında nə qədər adam varsa, istədiyinə versin, bular ölməzdih qazansın. Şah da baxır ki, hər il bir dənə alma gətirir, ikinci alma gətirmir. Deyir ki, bunun hikməti nədi? Allahdan da arzu edirmiş ki, ilahi, mənə o möcüzəni başa salan peyğəmbər-lərdən birini rast gətir, mən onu örgənim, görüm bu nədi?

Bir günnəri ətrafının alimini-zadını yığır ki, buna baxın, qulluğ eliyin, çox gətirsin. Hər il bircə dənə alma gətirir, onu da heş istifadə eləmirih. Axşamnan görürüh alma üsdündədi, səhər gedirih yoxa çıxıb. Nejə olur, bilmirih. Bunun sirri nədi? Heş kəs tapa bilmirmiş. Bir cavan oğlan gəlir bunun yanına. Deyir ki, mən o sirri saa deyim. Deyir:

O sirr belədi ki, o ölməzdih almasını Allah sənə sınax üçün göndərir. Bax, tutax ki, sən onu yedin, özün də axır məhşər gününə qədər yaşadın. Sənin evlatdarın, sənin ətrafın, istədihlərin dünyadan gedənnən sora tək özün qalajaxsan.

Onnan sora deyir:

– Hə, başa düşdüm. Bu ölməzdih almasını heş istifadə eləmək lazım döyül.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin