50. ATIN ZÜY TUTANI
Camaat dərzi bağlıyıf vəlnən taxıl döyüllərmiş. Bir adam da yoldaşıynan vəl çəkirmiş. Vələ bir at qoşufdu, bir də, üzdən irağ, eşşəh. Təsadüfən bu kəndin* içinnən bir aşıx gedirmiş. Aşığın da böyründə bir züy tutan varmış. Bular belə gedillərmiş. Bu züy tutan deyif ki, bularnan zarafat eliyəjəm. Aşıx deyif ki, bular qaradolaxdı, bular söz altda qalmıyajaxlar. Gəl yolumuznan çıxıf gedəh. Əl çəkmiyifdi bu züy tutan. Deyif:
– Ay bajı, at o işi görür də, bəs o yazığ eşşəyi niyə onun böyründə fırradırsız?
Deyir:
– A başına dönüm, bu eşşəh də atın züy tutanıdı.
Aşıx sazın dalını bunun təpəsinə nətər qoyursa, deyir:
– Ə kopoğlu, saa demədim ki, gəl çıxax gedəh.
Dostları ilə paylaş: |