Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə189/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   185   186   187   188   189   190   191   192   ...   197
TAPŞIRIN MƏNİ*
A ellər, köçürəm, salamat qalın.

Tez gəlin görüşə, halallıx alın.

Səbuhi Munisnən amanat qalır,

Aparın torpağa tapşırın məni.


Sabirə tapşırın çox ağlamasın,

Tayınnan-tuşunnan təsəlli alsın,

Gələndə qəbrimin üsdünə gəlsin,

Aparın torpağa tapşırın məni.


Sabirdən intizar gedirəm mən də,

Onu çox isdərdim mən də əzəldən,

Qızlarım ağlasın, yaş töksün gözdən,

Aparın torpağa tapşırın məni.


Daha bu dünyadan köçürəm bu gün,

Yığışıf başıma qohumum, elim,

Sabiri görmədim, dərdimi deyim,

Aparın torpağa tapşırın məni.


Daha isdəmirəm varı-döyləti,

Almışam dünyada mən də cənnəti,

Hərdən yada salın, ağlayın məni,

Aparın torpağa tapşırın məni.


Musa* bu sözdəri yazanda ağlar,

Oxuyanda ağlar, deyəndə ağlar,

Seyidi yadına salannar ağlar,

Aparın torpağa tapşırın məni.


VAXDIDI
Əli, gəl çıxax dağlara,

Dağların laləzar vaxdıdı.

Gələndə çiçəhdən yığax,

Kəkotunun çiçəh açan vaxdıdı.

Yığax çiçəhlərdən bir çay dəmlədəh,

Tökəh isdəkana doyuncan içəh,

Baldırğanı çini-çini yığax, eliyəh,

Baldırğanın yeyiləsi vaxdıdı.


Gedəh Zülfüqara, çıxax Qoşdaşa,

Çiçəhlər açılıf, oluf tamaşa,

Yeyəsən, baxasan pendir-lavaşa,

Musa deyir kef-damağın vaxdıdı.


QALMIR
Haxsız, ədalətsiz, kərəmsiz insan

Köçəndə beş günnüh izi də qalmır.

Əzəldən belədi gərdişi-devran

Səni dəfn edənin özü də qalmır.


Bir dilənçi gördüm, şah idi bir gün,

Asırdı, kəsirdi, edirdi sürgün,

Gəzdirə bilmirdi yamaxlı kürkün,

Doğurdan zülmünən tozu da qalmaz.


Siz sülhü qoruyun, ədalət hanı,

Son pay kəfəndi hər hakim cana,

Salahlı Paşayam, ağıllı oğlanam,

Dünya calalında gözü də qalmaz.



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin