Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə193/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   189   190   191   192   193   194   195   196   197
ARVADIN ƏLİNNƏN
Üş qonşu olur, bunnar bir qarajda işdiyirmişdər. Hökumətin vaxdıydı dana, səhər saat səkgizdə işi götürməliydin. Bunnarın biri gej gedirmiş, biri onnan gej gedirmiş, biri tez gedirmiş. Bir gün bi­rin­ci qonşu deyir ki, gəlin görək gej gəlməyimizin səbəbi nədir. Biz axı bir maaş alırıx, bir işdəməliyih. Oturullar üçü də. Birinci qonşu deyir ki:

Evlilər eşitsin, suvaylar bilsin,

Şikayətim var arvadın əlinnən.

Atalar dad çəkmiş əsrlər boyu

Bədnal atın, kür arvadın əlinnən.

Gecikməyinin səbəbi arvatdı da. Arvad yola salmır ki, farş gələ.

İkinci qonşunun iki arvadı vardı. Gördü ə, bu, bir arvadın əlinnən dad çəkir. Götdü dedi ki:

Evlilər eşitsin, suvaylar bilsin,

Əyə, təngə gəlmə bir arvadın əlinnən.

Bəs ikisin alannar nejə olsun?

O hesabda gör avadın əlinnən.

Yəni, bəs ikisini alan neynəsin? Üçüncü qonşu gördü ki, bunnarın dediyinə görə bunnar evlərinə gedə biləllər. Amma bunun arvadı elə idi ki... Götürdü dedi ki:

Dəli şeytan deyir gəl getmə evə,

Yıxıl burda qal arvadın əlinnən.

Ayır cehizini, ver qoltuğuna,

Uşaxları al arvadın əlinnən.

Birinci qonşu fikirrəşdi ki, ə, bu, nə danışır. Bunun üç uşağı var, altmış-yetmiş maat da maaş alır. Heç bunun alimentini görmü-yəjəh. Birinci qonşu alır buna eşitdirir ki:

Bir yana getməyə yolum da yoxdu,

Aliment verməyə pulum da yoxdu,

Əjəl yaxın gəlmir, ölüm də yoxdu,

Üz döndərif gör arvadın əlinnən.

Ölmür də canı qutara. İkinci qonşu deyir ki:

Əyə, tarixə baxıram cavan yaşımdı,

Tökülüf dişdərim, ağarıf başım

Özüm cəhənnəmə, qohum-qardaşım

Nələr çəkir gör arvadın əlinnən.



Qohum-qardaş da gəlmir da arvadın əlinnən. Üçüncü qonşu de­yir ki:

Axşamdan olmamış başdıyır dava,

Daha sözdəriynən getmirəm, qağa.

Elə ki, əl atır palıd oxlova,

Dərim çıxır zol arvadın əlinnən.

Döyürmüş da arvad bunu. Birinci qonşu deyir ki:

Səhərkən davamız ucalır Şama,

Nabadın* qoyurux gələn axşama.

Yanıf sümüklərim dönüfdü şama,

Sinəm olufdu pir, arvadın əlinnən.

İkinci qonşu deyir ki:

Ə, qojalmışıx, yaş keçifdi yarıdan,

Sən də elə mən gündəsən arvad sarıdan.

Ver kağızın, al duldan, qarıdan,

Dünya bizə dar, arvadın əlinnən.

Dünya bizə niyə dar olur? Duldan, qarıdan tapıf alajağıx dana.




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin