Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə194/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   189   190   191   192   193   194   195   196   197
BİZİM ARVAD
Aşıx Besavad bir dəfə gəlir evə. Görür ki, sən öl, arvad sajı qoyuf kölgəyə, yuxadan, fətirdən o qədər bişirif ki, bu boyda qalağ oluf. Deyir ki, ay arvad, bunu neynirsən belə? Toy eləmirih, sünnət eləmirih. Qalıf quruyajax dana. Bunu az bişir, savah da bişir, bü­rüyün də bişir. Əlinnən alan yoxdu a.

Kişi aj imiş dana. Yuxanın birini götürür belə kəsir, elə yemək isdiyirdi ki, arvad oxleyin burnuynan bunun əlinnən yuxanı vurur, salır. Deyir:

– Dəymə. Madam heylədi, dəymə.

Deyir:


– Yaxşı, mən nə deyirəm, bişirirsən bişir.

Arvad bişirir. Aradan bir gün keçir. Kişi gənə işdən gəlir. Deyir:

– Arvad, yaman ajmışam, qaçarax maa bir az çörək ver.

Bir qızı vardı, qıza deyir:

– A bala, atan yaman ajıf, yüyür qonşudan bir çörəh al gətir.

Kişi deyir: “A qardaş, dünən çörəh bişirmədi bu? O qədər çörəh nejoldu?” Dedi:

Ay arvad, bə dünən sənin bişirdiyin çörəh nejoldu?

Bu başdadı kişini dannamağa ki, sən kişi xeylağısan, sənin nə dərdinə qalıf. Deyir ki, nə deyirəm.

– A qızım, a qızım, maa bir dəftər-qələm ver.

Qız bir dəftər qələm verir, götürür bir şeir yazır:

Bir söz deyirəm, özümü ona yetirir,

Hədə-qorxu ilə ağaş götürür,

Hər öynədə yeddi fətir ötürür,

Nə var qanır, nə də yox, bizim arvad.


Heş zaddan bəyənif tikməyir donu,

Kimin nə həddi var dindirsin onu,

Civimnən xurcunum gələndə dolu,

Çalmamış oynayır saz bizim arvad.




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin