Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə195/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   189   190   191   192   193   194   195   196   197
SÖYLƏYİCİLƏR HAQQINDA MƏLUMAT
Abbasov Camal Rəşid oğlu, Ağcabədi rayonu, 1949-ci il təvəl-lüdlü, ali təhsilli. Söylədiyi mətnlər: Rəvayət: Hacı Qara (I mətn). Lətifələr: Bizim evimiz oradı; Soruş gör, hələ pravası var?; Söygülü Canan; Götür baltanı qoy xurcuna, ya Əli. Toplayanlar: İ.Rüstəm-zadə, T.Orucov
Ağamalıyev Eldar Əvəz oğlu, Bərdə rayonunun Seyid Yusifli kəndi, 1953-cü il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətnlər: Seyid Hüseyn ağa (II mətn). Toplayan: İ.Rüstəmzadə.
Babayev Aslan Mehdi oğlu, Bərdə rayonunun Dəymədağıldı kəndi, 1958-ci il təvəllüdlü, ali təhsilli. Söylədiyi mətnlər: Nağıl­lar: Var-dövləti başqasına qismət olan kişi; Şaha nübar aparan kişi; Qismətdən qaçmaq olmaz; At quyruğu boyda sünbül; Yaxşılığa yamanlıq. Lətifə: Hələ gedib nənəsini də öyrədib. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə.
Babayev Zahid Əsəd oğlu, Bərdə rayonunun Dəymədağıldı kəndi, 1943-cü il təvəllüdlü. Söylədiyi mətnlər: Rəvayətlər: Musa peyğəmbərnən çoban; Ahunu balasına qaytaran Əli. Nağıllar: Mə­bud­nan haramıbaşı (III mətn); Şahın siğə qardaşı; Ədalətli qazı. Lətifələr: Bəhlul olmağın bədəli; Bəhlulnan şəyirdi. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə.
Babayev Zabil Sahib oğlu, Bərdə rayonunun Dəymədağıldı kəndi, 1982-ci il təvəllüdlü, orta təhsilli. Bənna işləyir. Söylədiyi mətn­lər: Allah qoysa, ərindi; Səni alanı da gördüm, pulumu yeyəni də; Sənin quyruğun elə həmişə göydədi; Hamınızı söz verə-verə gə­miyə komalamışam; Ayaq üsdə getmişdim. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə.

Bayramov Musa Şükür oğlu, Bərdə rayonunun Seyid Yusifli kəndi, 1934-cü il təvəllüdlü, təhsilsiz. Vaxtilə kalxozda suçu işləyib. Söylədiyi mətnlər: Rəvayətlər: Seyid Hüseyn ağa (V mətn); Cana­varlı kəndi (II mətn); İsgəndər (I mətn); İlanlara qənim kəsilən kişi. Nağıllar: Quş dili bilən İsgəndər; Quru kəllə; Adamyeyən qız; Şah Abbasnan məleykə; Padşah oğlu; Məlik Məhəmməd; Qaraçuxasını yatıran şəxs; Üç qız; Evi arvad tikər; Şaha bel bağlama, arvada etibar etmə; Keçəl; Arvadın eləsi də var, beləsi də; Tacir Bəhlul. Lətifələr: Eşşək, sənə deyirəm, qonaq, sən eşit; Dızz. Müxtəlif şeirlər: Tapşırın məni; Ya Əli; Vaxdıdı; Qalmır; Yatıbdı; Çirkin; Arvadın əlinnən; Bizim arvad. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə.
Bayramova Narış İsa qızı, Ağcabədi rayonunun Afşar kəndi, 1945-ci il təvəllüdlü, dördillik təhsil. Vaxtilə sınıxçılıqla məşğul olub. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayətlər: Habilnən Qabil; Davud pey­ğəm­bər (II mətn); Süleyman peyğəm­bərnən qarışqa (II mətn); Yerin-göyün ağırlığı (II mətn); Atın üzəngisinə çıxan qan; Saili borcdan qurtaran Əli; Gəlin qayası; Eşq Abdal (I mətn); Sarı Aşıq; Köyük kəndi (III mətn); Axtamar gölü; Qaynaq qazılı; Qotur gölü; Qarı təpə­si; Qaçaq Nəbi; Aşığam, vətən sarı. Tərəkəmə yeməkləri: Ba­ğır-beyin; Dəri basdırması. Nağıllar: Narxatın; Tısbağa qız; Tacir oğlu; Huri qızı; Santır; Bax­dını gəzənin nağılı; Həzrət Əliynən qəs­sab; Savabın xeyri; Bacı həsrəti; Xeyrül-əməl (I mətn); Azreyilnən yoldaşlıq edən şəxs (II mətn). Lətifələr: Molla və eşşəyi; Molla özünü ölülüyə vurur; Özləri öz dərmanını bilirlər; Halıma bax, ay Mahmud; Altı daş, üsdü aş; İz eşşə­yin, fil gəlinin; Yaman dərtdi, bacı. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Cəfərov Yasin Seymur oğlu, Ağcabədi rayonunun Afşar kəndi. Söylədiyi mətnlər: Əjdər güllələnən yer; Afşar şəri; Yeyim, doyum, nə verim? Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Cəfərov Nazim Ənvər oğlu, Ağcabədi rayonunun Afşar kəndi, 1960-cı il təvəllüdlü, ali təhsilli. Söylədiyi mətnlər: Afşarlar haqqında xatirələr. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Əlişov Qədir Ədil oğlu, Bərdə rayonunun Hüseynbəyli kəndi, 1934-cü il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətnlər: Rəvayətlər: Həzrət Əliynən Salsal pəhlivan; Qaçaq Qaraş. Nağıllar: Dünyanı necə tutsan elə də gedər; Taleyindən narazı oğlan. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə.
Əliyev Əlövsət Əhər oğlu, Bərdə rayonunun Hüseynbəyli kəndi, 1959-cu il təvəllüdlü. Söylədiyi mətnlər: Ağamir dayı (I-III mətnlər). Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə.
Əliyev Rəfail Əli oğlu, Ağcabədi rayonunun Şahsevən kəndi, 1956-cı il təvəllüdlü, ali təhsilli. Söylədiyi mətnlər: Qaraçuxa (III-IV mətnlər); Cin (II mətn); Şahsevənlər haqqında xatirələr. Tərə­kəmə oyunları: Papax oyunu; Dəsmal oyunu; Keçipapax oyunu; Çoban oyunu. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Əliyeva Səlbi Abdulla qızı, Ağcabədi rayonunun Şahsevən kəndi, 1928-ci il təvəllüdlü. Söylədiyi mətnlər: Bayatılar: 8-42. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Əsədov Saday Pənahvar oğlu, Ağcabədi rayonunun Hindarx kəndi, 1938-ci il təvəllüdlü, ali təhsilli. Söylədiyi mətn: Yaşa Əsəd. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Hacıyev Müzəffər Babaş oğlu, Bərdə rayonunun Hacallı kəndi, 1943-cü il təvəllüdlü, ali təhsilli. Söylədiyi mətnlər: Lətifələr: Çox qohumlu bəxtəvər; Fərasəti vardı birini də o tutardı; Otuza durmayan on ikiyə yaxın durardı? Müxtəlif şeirlər: Tanımır məni; Çağımdı; Başa-baş. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Həsənov Möhsün Qara oğlu, Ağcabədi rayonunun Yeni Qara­do­laq kəndi, 1926-cı il təvəllüdlü, təhsilsiz. Söylədiyi mətnlər: Qayış­baldır; Gavur arxı (II mətn). Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Həşimova Səriyyə Zeyni qızı, Ağcabədi rayonunun Sarıcalı kəndi, 1926-cı il təvəllüdlü, ibtidai təhsilli. Söylədiyi mətnlər: Ay­nan Günəş; Məkkə yolu; Gülnən bülbül; Qaraçuxa (VI mətn); Hal (IV mətn); Cin (III-IV mətnlər); Yes xırman (II mətn). Topla­yan­lar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Həziyev Hacı Allahverdi oğlu, Ağcabədi rayonunun Təzəkənd kəndi, 1949-cu il təvəllüdlü, ali təhsilli müəllim. Söylədiyi mətn: Aşıq Valeh. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Hüseynova Minayə İsa qızı, Ağcabədi rayonunun Afşar kəndi, 1946-cı il təvəllüdlü. Söylədiyi mətnlər: Rəvayət: Davud peyğəmbər (III mətn). Nağıllar: Allaha pənah; Azreyilnən yoldaşlıq edən şəxs (I mətn). Lətifələr: Heç nə; Doxsan doqquzunu verən, birini də yetirər. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
İbrahimova Zəhra Hüseyn qızı, Ağcabədi rayonu, 1952-ci il təvəllüdlü, ali təhsilli. Söylədiyi mətn: Yemişəm aşunu, tökmüşəm yaşumu. Toplayanlar: İ.Rüstəmzadə, T.Orucov.
İmanov Baba Surxay oğlu, Ağcabədi rayonunun Qaradolaq kəndi, 1934-cü il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətn: Hacı Məm­məd­hüseyn (I mətn). Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
İsmayılov Aqil Yavər oğlu, Ağcabədi rayonunun Rəncbərlər kəndi, 1964-cü il təvəllüdlü, orta-ixtisas təhsilli. El şənliklərində tamadalıq edir. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayətlər: Cin (V mətn); Se­yid Məhəmməd ağa (IV mətn); Minəxor kəndi (II mətn); Ayran Alı təpəsi; Şpartı; Rəncbərlər kəndi; Şahsevən; Sofu qəbirstanlığı. Ləti­fələr: Dəryadan çıxan əl; Mən birini göstərmişdim. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Mahmudov Cabbar Əli oğlu, Bərdə rayonunun Qara Yusifli kəndi, 1927-ci il təvəllüdlü. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əf­sanə və rəvayətlər: İnsanın yaranması (I-II mətnlər); Davud pey­ğəm­bər (I mətn); Əli pəncəsi; İtin etibarı. Nağıllar: Zal oğlu Rüs­təm; Süleyman peyğəm­bə­rin üzüyü; Yetim oğlan. Lətifələr: Ye, iç, ölmə; Bəhlulun bazar­kom­luğu. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəm­zadə.
Mehdiyev Məzahir Əyyub oğlu, Ağcabədi rayonunun Hacı­bədəlli kəndi, 1962-ci il təvəllüdlü, ali təhsilli. Söylədiyi mətnlər: Topal Teymur (II mətn); Çobanın mənasız sözü. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Məmmədov İmdad Bədəl oğlu, Ağcabədi rayonunun Qaradolaq kəndi, ali təhsilli. Söylədiyi mətnlər: Molla Pənah Vaqif; Molla Lətif (I-II mətnlər). Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Məmmədov Layiq Bayraməli oğlu, Ağcabədi rayonu, 1939-cu il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətnlər: Sağmal və subay ulduzları; Quyruq donan ay; Qoyun, qarnınız tox, gözünüz ac olsun; Küləkdən qorxan peyğəmbər; Hacı Məmmədhüseyn (VIII-IX mətnlər). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Məmmədov Murad Musa oğlu, Ağcabədi rayonunun Qarado-laq kəndi, 1958-ci il təvəllüdlü, ali təhsilli. Söylədiyi mətnlər: Hacı Məmmədhüseyn (V mətn); Bəhlul atasını buyurur; Atın züy tutanı; Bəynən süd qardaşı olmusan. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəm­zadə, T.Orucov.
Məmmədov Musa Məmməd oğlu, Ağcabədi rayonunun Qara-dolaq kəndi, 1936-cı il təvəllüdlü. Söylədiyi mətnlər: Hacı Məm­məd­hüseyn (II-IV mətnlər); Xatın arxı. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəm­zadə, T.Orucov.

Məmmədov Zeynal Hümbət oğlu, Ağcabədi rayonunun Təzə­kənd kəndi, 1930-cu il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətnlər: Qoydu gözümü açam?; Seyid Məhəmməd ağa (III mətn); Şah Abbas (III mətn); Arxam boşdu, ona görə ağlayıram. Toplayanlar: İ.Rüstəm­zadə, Z.Fərhadov.


Məmmədov Əhməd Əmirxan oğlu, Ağcabədi rayonunun Sarıcalı kəndi, 1940-cı il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətnlər: Ucubulux peyğəmbər; Seyid Məhəmməd ağa (I-II mətnlər); Hind-arxlı Seyid Məhəmməd ağa; Eşq Abdal (II mətn). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Mirzəyev Calal Camal oğlu, Ağcabədi rayonunun Hacıbədəlli kəndi, 1938-ci il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətnlər: Qurd haq­qında (II mətn); Hal (III mətn); Canavar qız; Eşşəyə dönmüş qızlar; Həzrət Əliynən gavur. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəm­zadə, T.Orucov.
Muradov Əşrəf Müseyib oğlu, Ağcabədi rayonunun Şahsevən kəndi, 1934-cü il təvəllüdlü, yeddi illik təhsil. Söylədiyi mətnlər: Cin (I mətn); Köyük kəndi (II mətn). Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Musayeva Ətayə Baxşeyiş qızı, Bərdə rayonu, 1963-cü il təvəllüdlü, orta-ixtisas təhsilli. Söylədiyi mətn: Bəxtəvər sizsiniz. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Nəcəfova Samara Həmiz qızı, Ağcabədi rayonunun Afşar kəndi, 1932-ci il təvəllüdlü, təhsilsiz. Söylədiyi mətnlər: Lətifələr: Elə bilirəm dava kağızıdı. Bayatılar: 1, 2, 3, 4, 5, 6, 7. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Qasımov Camal Məhəmməd oğlu, Ağcabədi rayonunun Təzə-kənd kəndi, 1932-ci il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətnlər: Hacı Qara (III-IV mətnlər). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Qasımov Hümbət Məhəmməd oğlu, Ağcabədi rayonunun Sarıcalı kəndi, 1926-cı il təvəllüdlü, orta-ixtisas təhsilli. Söylədiyi mətnlər: Qaraçuxa (V mətn); Yes xırman (I mətn). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Qasımov Musa İbrahim oğlu, Bərdə rayonunun Seyid Yusifli kəndi, 1940-cı il təvəllüdlü, ali təhsilli zootexnik. Söylədiyi mətn­lər: Mifoloji mətnlər, əfsanə və rəvayətlər: Dünya daşqını; Buğ­da­nın ərşə çəkil­məsi; Qaraçuxa (I mətn); Qurd haqqında (I mətn); Əzrayıl haqqında (I mətn); Şeytan haqqında; Ölməzlik alması; Nuhun ölümü; Süleyman peyğəmbərnən qarışqa (I mətn); Musa peyğəm­bərin allahlığı; Fati­hə surəsinin savabı; Yerin-göyün ağırlığı (I mətn); Peyğəmbərdən nicat istəyən şir; Ağıl vardan üstündür; Şəddatın cənnət tikdirməsi; Seyid Hüseyn ağa (I, III və IV mətnlər); Seyid Yusif Ağa (I mətn); Həzrət Əli daşı, İsgəndər (II-III mətnlər); Hər sənətkar Dəllək Murad ola bilməz. Nağıllar: Hatə­min səxavəti; Məbudnan haramı­ba­şı (II mətn); Ac qarnı doyuzdur­mağın savabı (I-II mətnlər); Altı manatın misalı; Şahın yuxusu; Sağalmaz xəstəliyə tutulmuş adam; Əl aman; Döyülən axmaq. Lətifələr: Allah bölgüsü; İnanma; Abdal Qasımın ermənidən toyuq alması; Toyuqdan qorxan Qasım; Mənə dəyməginən. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Qəhrəmanov Şükür Hümbət oğlu, Ağcabədi rayonunun Sal­man­bəyli kəndi, 1923-cü il təvəllüdlü, ibtidai təhsilli. Söylədiyi mətnlər: Kəbirlilər haqqında xatirələr; Xan Şuşinski. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Qəhrəmanov Xıdır Pənah oğlu, Ağcabədi rayonunun Rənc-bərlər kəndi, 1942-ci il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətnlər: Cin (VI mətn); Xeyrül-əməl (II mətn). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Quliyeva Raya Baloğlan qızı, Ağcabədi rayonunun Afşar kəndi, 1951-ci il təvəllüdlü, ibtidai təhsilli. Bayatılar: 96-107. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Qocayev Əhməd Bahadır oğlu, Bərdə rayonunun Seyid Yusifli kəndi, ali təhsilli. Söylədiyi mətn: Canavarlı kəndi (I mətn). Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Rəhimov Fazil Kərim oğlu, Ağcabədi rayonunun Taynaq kən­di, 1930-cu il təvəllüdlü, orta təhsilli. Söylədiyi mətnlər: Seyid Əziz ağa (I-II mətnlər); Eşq Abdal (III mətn); Ələm ağacı. Topla­yanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Səlimov Rasim Xasay oğlu, Ağcabədi rayonunun Rəncbərlər kəndi, 1956-cı il təvəllüdlü, xanəndə. Söylədiyi mətnlər: Şah Abbas (IV mətn); Xeyrül-əməl (III mətn). Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov.
Şəmilova Solmaz Möhsün qızı, Bərdə rayonunun Şirvanlı kən­di, 1960-cı il təvəllüdlü, orta-ixtisas təhsilli kitabxanaçı. Söy­lə­diyi mətn: İki qozun nağılı. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov.
Temirova Tamara Aslan qızı, Bərdə rayonunun Dəymədağıldı kəndi, 1932-ci il təvəllüdlü. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayətlər. Hal (II mətn); Halallıq; Ölünün dirilməsi. Na­ğıllar: Üç qardaş; Övladını Azreyildən qaçıran ana. Toplayan: İ.Rüs­təmzadə.
Zakir İsmayıl oğlu, Ağcabədi rayonunun Kəbirli kəndi,1945-ci il təvəllüdlü, ali təhsilli müəllim. Söylədiyi mətnlər: Örənqala; Mil düzü. Toplayanlar: İ.Rüstəmzadə, Z.Fərhadov
Zeynalov Ələmşah Zal oğlu, Bərdə rayonunun Şirvanlı kəndi, 1933-cü il təvəllüdlü, orta təhsilli. Vaxtilə kitabxanaçı işləyib. Söylə­diyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayətlər: Əzrayıl haqqında (II-III mətnlər); Zınqı­rov­lu Əzrayıl; Həvva; Huhun ölümü; Yerin-göyün ağırlığı (III mətn); İsgəndər (IV mətn); Şah Abbas (I mətn); Üzünün nuru gedən adam. Nağıllar: Yazıya pozu yoxdu; Quyruğu yox idi. Lətifələr: Be­kaf Bəhlul; Soğan al, sarımsağ al; Elə bağlamışam, yerə düşmə­yəcək, ay qayınana. Toplayanlar: Ə.Əsgər, İ.Rüstəmzadə
Zeynalov Soltan İbrahim oğlu, Ağcabədi rayonunun Hacıbə­də­lli kəndi, 1936-cı il təvəllüdlü, təhsilsiz. Söylədiyi mətnlər: Mifoloji mətnlər, əfsanə və rəvayətlər: Qaraçuxa (II mətn); Qızı udan əjdaha; İsgəndər (V-VI mətnlər); Topal Teymur (I mətn); Şah Ab­bas (II mətn); Hacı Qara (II mətn); Minəxor kəndi (I mətn); Haramı düzü; Gavur arxı (I mətn); Hacı Məmmədhüseyn (VI-VII mətnlər). Nağıl: Ağıllı qız. Toplayan­lar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin