III mətn
Davud peyğəmbərin qırx oğlu oluf. Qırx oğlu böyüyüf əmələ gəlif. Peyğəmbər namaza duruf namaz qılanda (deyilənə görə namaz qılan ürəyinə heş bir fikir gətirməməmlidi, ancax fikri namazında olmalıdı), bu, öz-özünə qurralanıf ki, gör mən nə qədər xoşbəxtəm, kim mənə nə edə bilər? Arxamda qırx oğlum namaza duruf. Belə deyif, namazı qılıf qutarıf, arxaya çöyrüləndə görüf qırx oğlunun qırxı da dünyasını dəyişif.
Nəysə, bu duruf gedif arvatdarının yanına. Hansına deyifdi ki, oğlannarım qırıldı, arvad ağlıyıf, qışqırıf-bağırıf. Axırda gəlif çıxıf axırıncı arvadın yanına. Deyəndə, axırıncı arvad deyif ki, çox şükür Allahın məslahatına, öz yaratdığı idi, özü də apardı. Bunun şükür eləməyi o qədər Allah-talanın xoşuna gəlifdi ki, Süleyman peyğəmbəri dokquz ay dokquz günnən sora verif həmən qadına.
Süleyman peyğəmbər çox bilikli, çox güjdü, hər bir şeyin dilini bilən bir peyğəmbər oluf. Bu fikirrəşifdi ki, mən havaxt öləjəm. O dövrün sözdəridi dana. İndi nə bilim inandırıcıdı, yalan-gerçəhdi, belə danışıllar. Onun da barmağında bir dənə üzüyü varmış. Buna məslahat veriflər ki, sən bu üzüyü barmağınnan çıxartma. Hansı gün bu üzüyü barmağınnan çıxartsan o günü məhv oluf gedəssən.
Bu, üzüyü barmağınnan çıxartmıyıf. Üş yüz il ömür sürüf. Da qojalıf, amma ağzı yerə dəymiyif da, öz tükünün üsdündə ömür sürüf.
Bir gün sayahata gedirmiş. Demək, bunun ajalının tamam olan günüymüş. Baxıfdı ki, bəs çayın qırağında bir dənə dünya gözəli qız oturuf. Buna aşiq oluf, bir könüldən-min könülə vuruluf buna. Deyif:
– Səni sevirəm. Burda dur, gedif qayıdıram.
Deyif:
– Yaxşı. Onda maa bir dənə nişana ver, mən bilim ki, sən həqiqətən qayıdessən. Bəlkə çıxdın getdin, heş qayıtmadın.
Məhəbbət buna güj eliyif, barmağınnan üzüyü çıxardıf verif həmən qıza. Keçif gedif. Qayıdıf gələndə görüf booy, bayax qız oturduğu yerdə indi mənim kimi bir ölü-ütüh, beli əyri qoja oturuf.
– A, burdakı qız nejoldu?
Deyif:
– O mənəm.
– Ay arvad, sən nə danışırsan. O dünya gözəli qızdı, mən ona aşiq olmuşam.
Deyif:
– Elə o mənəm.
Deyif:
– Onda mənim üzüyümü ver, mən səni isdəmirəm, mən o gözəl qıza aşiq idim. İndi ki, sənsən, üzüyümü ver.
Üzüyümü ver deyəndə üzüyü tulluyuf suya, deyif:
– Odey, suyun içində, əlii sal, götür.
Bu əlini salır suyun divinnən bir qoşa ovuc qum götürür. Götürəndə baxıfdı ki, həmən qumlar hərəsi bunun üzüyü formada bir üzük oldu. Bunnan bu adam dərk eliyif ki, demək Süleyman peyğəmbər tək mən deyiləm. Milyonnarnan mənim kimi Süleyman peyğəmbərlər məhv oluf gedifdi.
Heləlihnən o da dünyasını dəyişif.
Dostları ilə paylaş: |