28. KÜLƏKDƏN QORXAN PEYĞƏMBƏR
Süleyman peyğəmbər küləh əsəndə yatırmış. Küləh bir gün, iki gün əssin, yenə də başınnan kürkün çəkməzmiş. O qədər küləhdən xoşu gəlmirmiş.
29. QOYUN, QARNINIZ TOX, GÖZÜNÜZ
AC OLSUN
Süleyman peyğəmbərin bir çobanı varmış. Bu çoban sürünü aparıf hər gün otarıf gətirirmiş. Qoyun yeyirmiş, yeyirmiş, gəlirmiş. Süleyman peyğəmbər qoyunnardan soruşur ki, deyin görüm, çobannarım sizi nətər otardı? Deyir:
– Ajınnan qırılırıx, vallah.
Bir dəfə, iki dəfə, axırda peyğəmbər bir gün fikirrəşir ki, mən çoban libasını geyinim, elə bu qoyunu özüm aparım otarım. Nəysə, çobanın libasını geyinir, aparır qoyunnarı otarır. Axşam gətirir sürünü doldurur kərəskiyə*. Livasın dəyişir, gəlir qoyunnara deyir:
– Qoyunnar, çobannar sizi nətər otardı?
Deyir:
– Vallah, ajınnan qırdı bizi.
Deyir:
– Gedin, həmişə qarnınız tox, gözünüz aj olsun.
İndi ona görə də qoyunun gözü doymur.
Dostları ilə paylaş: |