39. HƏZRƏT ƏLİYNƏN SALSAL PƏHLİVAN
Kəlbəcərdə qaya oluf, ordan iki at yan-yana keçə bilmir. Bir dənə Salsal pəhlivan varmış. Da onun qabağınnan heş kəs keçmirmiş. Bir dənə lüt quş peydah oluf dağda, ətrafınnan kim keşsə sümürüf çəkirmiş. Salsal pəhlivana deyillər ki, bu quşun qabağınnan nə keçir, sümürüf çəkir. Qorxusunnan heş kəs o tərəfə gedə bilmir. Deyir, məni aparın onun yanına. Bir dənə qılış qayırtdırır, iki tərəfinnən tutur. Quş bunu çəkəndə qılıncı verir bunun ağzına. Quş bunu sümürdühcə qılınc onu iki bölür.
Sora Salsal pəhlivan Cənab Əliynən bu qoşa qayadan keşməli olur ki, görəh bunun hansı güjdüdü. İkisi də atı qoşa ordan sürür, atdar keçir, qaya uçur tökülür.
Dostları ilə paylaş: |