41. ŞƏDDATIN CƏNNƏT TİKDİRMƏSİ
Deyilənə görə, Şəddat deyir ki, ə, Allah-tala cənnəti səkgiz yaradıf, birini də mən yaradajam, olajax doqquz. Bular iki qardaş olur, ikisinin şahlığın birrəşdirillər. Bu kiçih qardaş allahlıx iddiasına düşür. Elə bil ərazisində nə qədər ustalar var, nə qədər zaddar var tökdürür, belə bir bağ salassınız, belə tikili tikəssiniz, bu ağaşdar nə bilim qızıldan olajax.
Deyilənə görə bağ hazır olanda, Səddata xəbər verillər ki, hazırdı, gəl. Gəlir, bir sutkalıx yol qalanda, deyir:
– Burda bir az dincələh, səhərrəri gedərih.
Oranın da adını Bağı-İrəm qoydurur. O gejə də bunun vaxdı tamam olur. Azreyil kəsir başının üsdünü, heş bu gedif oranı görə bilmir. Onun ətrafında olannar hamısı deyir ki, gedəh biz özümüz o bağı, cənnət adlanan yeri axtarax tapax, oranı ziyarət eliyəh, görəh nətərdi.
Gəlillər, nəkqədər gəzillərsə, heş nə tapa bilmillər. Bu, Allah-tala tərəfinnən qeybə çəkilən bir sahə olur.
Bir kişinin dəvəsi itir, Abdullah adında. Bu kişi dəvəsini gəzə-gəzə gedəndə, deyilənə görə, mən gənə də onu şifahi eşitmişəm, görür bir adam duruf. Dayanan adam bunnan soruşur ki, hara gedirsən. Deyir ki, mənim dəvəm itif, o dəvəni gəzirəm. Deyir:
– Dəvən elə bil yerə gedif çıxıf ki, sənin ora getməyin möcüzə olar.
Deyir ki, nətər yanı möcüzə olar? Deyir:
– Bağı-İrəm eşitmisən?
Deyir:
– Hə, eşitmişəm.
Deyir ki, sənin dəvən ordadı.
– Ə, başına dönüm, mana nağıl danışma, onun bir istiqamətini de, gedim ora tərəfə.
Deyir ki, onun istiqaməti bax bude, buraynan belə gedəssən, orda hasara rast gələssən, qalaya rast gələssən, filan-peşməkan. Seyid Yusif ağanın dediyinə görə, ona yol gösdərən şəxs Xıdır İlyas oluf. Bu kişi gedir dəvəni tapır. Görür ki, hər tərəf ləl-cəvahirdi, bütün yer-yurd, döşəmə-zad hamısı qızıldı. Yığır yığışdırır, indi nəyi varmış – torvası-zadı, bir az da yığır içinə. Dəvənin ovsarınnan tutur, çəkə-çəkə gəlir. Bunun qavağına çıxıllar ki, sən hardan gəlirsən? Deyir:
– Bağı-İrəmdən gəlirəm.
– Ə, Bağı-İrəm nə deməkdi?
Deyir:
– Ə, cənnətdi ey ora. Hər tərəf qızıl, ləl-cəvahirdi.
– Ə, gəl gedək bizə gösdər.
Deyir:
– Gedəh da, odey, filan yerdədi. Mən də bir belə götürmüşəm.
Gəlillər, nə qədər gəzillər, tapa bilmillər. O kişiyə yol gösdərən Xıdır İlyas olur. O da gedir tapır o bağı, ordan da özünə nə qədər yaşıyacaxsa ruzu götürür.
Dostları ilə paylaş: |