Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə4/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   2   3   4   5   6   7   8   9   ...   197
3. BUĞDANIN ƏRŞƏ ÇƏKİLMƏSİ
Buğdanın dənəsinin iriliyi fındıx boyda idi, Allah-tala ver­mişdi. Əkəndə buğda elə bir məhsul verirdi ki... İndi hektara otuz sentiner alanda sevinirik. Amma o vaxdı hektara bəlkə yüz sentiner məhsul verirdi. Qarğıdalı dənəsinnən də iri idi. O qədər bollaşmışdı ki, insannar çörəyin hörmətini gözdəmirdilər.

Bir qadın da saja yuxa yayırdı. Uşax da böyründə iməkliyirdi. Uşax çölə gedəndə yuxanın birin götürdü, uşağı sildi. Onda göy insan­nara yaxın idi, neçə mərtəbə qalxdı yuxarı. Urzanın bərəkəti çəkildi.
4. AYNAN GÜNƏŞ
Aynan Günəş sevgilidi. Əgər olar bir-birini tapsa, dünyanın altı üsdünə çevriləjəh.

Anası Ayı buyuruf filan işi filan elə. O da anasının sözünə baxmıyıf. Anası da sajı küllüyürmüş. Duruf elə əli küllü-küllü vu­ruf ona, onnan üzü ləkəli qalıf.


5. MƏKKƏ YOLU
İndi bala, avtobusnan gedillər ora, ziyarata. Nənəmin maması-nın yoldaşı vardı. Deyirdi bala, göy üzündəki ağappax zolax yolu görürsən? Zəvvarlar gəlirdi, bizi yığıf aparırdılar, üç ay yol gedir-dih bax oraynan. O yolu tutuf gedərdih Məkkəyə. Ona görə ona Məkkə yolu deyillər.

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin