43. SEYİD YUSİF AĞA
I mətn
Mənim gənə də gözümün qabağında olan şeydi. Atam birqədir idi. Həsən əmi də kalxoz sədri idi, atamnan xalaoğlu idi. Atama demişdi ki, sizdən material veriflər. Rza Aslanovun Bərdədə birinci katib olan vaxdınnan danışıram. Mən də o vaxdı Şuşada texnikomda oxuyurdum. İndi atamı necə başa salıbsa, atam da məni başa salır. Dedi ki, Musa, səhərləri yoxlama gələcəh. O vaxdı uç adam gəlirdi: raykomun katibi, RTS direktoru, bir nəfər də KQB işçisi gəlirdi. Əgər deyilənnər düzdüsə, o adam əlli-ayaxlı gedirdi. Dədəm məni örgətdi ki, Musa, səhər gələcəhlər yoxlamaya. Ağaya dədəm tutduğuna görə kirvə deyirih. İndi meşədi ora, cüt çinar var, oranın yanı pambıxdı. Dədəm dedi ki, kirvəni götür, özün də yolun ağzında hərrən, aşağılara getmə. Suyu ordan qoyginan cızların arasına, su axsın, amma ağanı qoyma ha, birdən suya girər. Qoy çinarın divində otursun. Onnar gələjəhlər, sənnən soruşajaxlar ki, Seyid işdiyir? Sən onnara danışarsan. Dedim:
– Mənim gözüm üsdə.
Da necə davranmax lazımdı maa dedi. İndi mən körpünün yanında durmuşam. Axşam tərəfi gördüm o tərəfdən toz qalxdı. İndiki kimi asfalt-zad yox idi. Bircə dəfə çağırdım ki, kirvə, gəldilər. Gəldilər deyəndə özünün goru haqqı, – ağadı da, hamınız bilirsiniz də nə cür vaxtlardı, – bir də gördüm ki, kişi pambığı yara-yara ayağında da qaloş düz getdi suyun yanına. İndi mən burdan çığırıram ki, əyə, ora girmə, əyə, ora girmə. Əlini belə elədi ki, narahat olma. Uzun sözün gödəyi, bular gəldi, maşını mənim yanımda saxladılar.
– Ə, cavan oğlan, bəri gəl görəh.
Getdim bulara tərəf. Rza Aslanov dedi ki, bu kəntdənsən?
Dedim:
– Bəli.
Dedi:
– Burdan bir adam desəm, tanıyarsan?
Dedim:
– Kəndimizdəki adamı tanımıram ki? Niyə tanımıram?
Dedi:
– Burda Seyid Yusif deyillər, onu tanıyırsan?
Dedim:
– Əşi, niyə tanımıram, mənim suçu yoldaşımdı.
Dedi:
– Nə danışırsan?
Dedim:
– Nə danışajam, odey, aşağıdakı odu.
Dedi:
– Bə o niyə aşağıda duruf?
Dedim:
– Mən düzürəm cıza… – O vaxdı nə artezan varıydı, nə də su bolluğu varıydı. Tərtərdən gələn suyu burda qərələ qoyurdular, hər birqadaya normaynan verirdilər. – Dedim bunu qoyuram cıza su itkisi olmaması üçün, o da ayağa çatanda mənə xəbər verir ki, Musa, dəyiş.
Dedi:
– Ayrı bir iş görür?
Dedim:
– A kişi, bax, kol çapır. – Yerlərimiz hamısı qaratikan idi, birqadir sayırdı, hərəyə güjünə görə ayırırdı. Birinə iyirmi koma, birinə on beş koma, birinə otuz koma verirdi. Axşama qədər onu qazıb kökünnən çıxardırdıx, sora ora əkinə salınırdı. – Dedim, əşi kötmək* çapır, səkil dibi belliyir, su cuarrığı** eliyir, mənnən su suluyur, ayrı nə iş deyirsən? Kəntdə də olan iş budu.
Dedi:
– Onu çağır bura.
Əl elədim bəri gəl, bəri gəl. Gəldi, yeddi metr qalmış durdu. Amma gördüm ki, kişi qorxur. Həmən adam dedi ki, Seyid Yusif sənsən? Dedi:
– Bəli.
Bəli deyəndə dedi ki, seyidsənsə, niyə suya girmisən? Cəddini çağır, qoy yağış yağsın. Dedi:
– Nə bilim, başına dönüm.
Bax, gənə özünün goru haqqı, mənim atamın goru haqqı, bir az bulutdu hava idi. Bular nə dedi, nə demədi bilmirəm, uzun söypətdi, maa dedi ki, buranın birqadiri kimdi? Dedim:
– Mənim atam.
Dedi:
– Bəs sən niyə su suluyursan?
Dedim:
– Texnikomdan gəlmişəm, tətilə çıxmışam. Gedəndə bir az qazancım olmalıdı da, ona görə işdiyirəm.
Dedi:
– Qaş get dədəni çağır, gəlsin.
Tərpəndim dəmiryolu gedirdi burdan, dəmiryolunun üsdüynən qaça-qaça gedirdim. Dədəm də ordan baxırmış da. Belə-belə elədim ki (əl elmək – top.), gəl. Təxminən, sakqızdıx var ey, onun yanında dədəm maa çatdı. Dedim dədə, gəliflər, hal-qəziyə də belə-belə. Dedi:
– Gedək.
İndi tələm-tələsik gəlirik. Burda arada körpü vardı, Ağ körpü deyirdik. Bu körpüyə çata-çatda yağış başdadı. Nəyə inanırıx o haqqı, maşının yanına çatanda bir selləmə başdadı. Kişi maa çığırdı ki, bala, lapatkanı tulla yerə, sən qaç evə. Mən tez lapatkanı tulladım qaşdım. Bular dədəmi də, Seyid Yusif ağanı da oturtdu maşına, gəldilər bura. Burda da Seyid Yusif ağanın elə bir evi yox idi, bir daxal idi. Mən sora atamdan örgəndim nətər oldu. O vaxdı da yağış yağanda buraynan maşın yox ey, heş nə gedəsi döyüldü. Olar gejə qaldı orda. Rza Aslanov atama dedi ki, seyidi işdətmə, özü də onu həmmişə gözdə, əsl seyitdi.
Dostları ilə paylaş: |