III mətn
Dörtyoldan bəri qovu gedir. Ordan bəri keçəndə yayın günü-dü, buğdaya od düşdü. Ordan Şorca, aşağıdan Pərioğullar, Hüsülü, burdan da bizim camaat getdi. Saat birdi. And olsun Allaha, vənöysə* qopdu, istidi, yalo ayannan bəri gəlir. Qaraqılçıx buğda belə şakqaşax sıyıdıf, yaxın getməh olmur. Əhmədov Bəhrəm dedi:
– Ayə, Seyid Məhəmməd ağanı gətir.
Birjə maşın Əhmətdə idi. Getdi Seyid Məhəmməd ağanı gətirdi. And olsun Allaha, o Həzrət Abbas haqqı, düşdü maşınnan, tüpürdü, dedi:
– Ay hayasız, hara gəlirsən, ay hayasız, hara gəlirsən?
And olsun Həzrət Abbasa, yayın o günündə belədən bir meh əsdi, yalo qayıtdı. Onnan sora Bəhrəm dedi:
– Əyə, vurun söndürün, əyə, vurun söndürün.
Yalo qayıtdıxca hamı əlində çalğı odu söndürdü.
IV mətn
Burda Seyid Məhəmməd ağa vardı. Deyillər ceyranı düzdə vuruflar, ceyran onun ojağına pənah gətirif. Ofçu da fikirrəşif ki, bu, seyid qapısına gəldi, daha onun dalınca getməh olmaz.
Seyid Məhəmməd ağanın otlarına od düşdü. Kəndin ispalkomu var idi. Bu getdi tutdu qolunnan, gətdi ki, dünya od tutdu, sənin də otun yanajax, gəl. Deyif:
– Mənkiynən işiz yoxdu, dəymiyin.
And olsun allaha, gəldi onunkuna çatanda yalo söndü.
Dostları ilə paylaş: |