50. ASXADAN BABA PİRİ Asxadan baba türbəsi İmamzadə qəbirstannığının içində yerləşir. Sarılığ xəstəliyinə tutulmuş, dalağı şişmiş insannar ora ziyarətə gedəllərmiş. Orda bir daş varmış, dalax daşı deyərdilər. Daşı qoyallarmış dalağın üsdünə, daş dalağın şişini alarmış. Türbədən dilinə vurarmışlar, onnan da şəfa tapallarmış. Türbə şirəli kərpicdən tikilmişdi, həmin tikilidən indi ancax səkkizguşə şəklində bünövrəsi qalıb. Türbənin səkkiz qapısı və başında yeddi ulduz olub. Sovet dövründə söküb onun kərpiclərinnən digər tikililərdə istifadə ediblər.