55. TOPAL TEYMUR
I mətn
Onun dizinin aynasını əmisi çıxardıf. Onçün axsıyır o. O, bir dooşanı hərriyif qatıf qoyuna, gətirif qapıya. O qədər sürətlə qaçırmış ki, dooşanı tuturmuş. Onun dizinin qapaxlığını əmisi çıxardıfdı. Deyifdi ki, bunun gələcəyi xatalı olajax. Ona görə bir tərəfi axsıyırdı.
II mətn
Topal Teymur çox cəld və qoçax uşağ olur. Qoyuna gedirmiş. Padşah öz vəziriynən çıxıf ərazini gəzirmiş. Görür bir uşax qoyun otarır. Çatıllar buna.
– Salam məlöykü, bala.
Deyir:
– Əlöykümət salam.
Deyir:
– Sizdə böyüh kimdi?
Deyir:
– Bizdə böyüh dəvədi.
Deyir:
– Sizdə qonağı birinci kim qarşılıyar?
Deyir:
– Bizdə qonağı birinci itdər qarşılıyar.
Deyir:
– Səni nə çapardım?
Deyir:
– Çapginən, qoşun getdi, sən qaldın.
Baxır ki, bu çox hazırcavab uşağdı. Bu vaxt qoyunun içinə bir dooşan girir. Bu dooşanı tutur. Padşah qorxur ki, bu uşax böyü-yəndə onun üçün nəsə təhlükə yaradar. Onçün onu şikəst elətdirir.
Dostları ilə paylaş: |