Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə66/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   62   63   64   65   66   67   68   69   ...   197
63. QAÇAQ NƏBİ
Qaçax Nəbiynən dədəmin ünsiyyəti oluf. Bir dəfə Qaçax Nəbi Avdal-Gülaflıdan addıyıf keçif Kür zonasına. Bunu hökumət bilif. Bu gəlir qısılıf Qarqara. Ora vaxdıynan çox qarğulux oluf. Elə qarğulux oluf ki, onun içinə dəvə girsə, görünməzmiş. İndi bu saat da qarğı var orda, intaası kökü kəsilif, az-maz qalıf. Atam deyir, məə bir nəfərnən xəbər çatdırdı ki, bəs İsa, muhasirədə qalmışam, çıxa bilmirəm. Bəs bizə burdan çıxana qədər yeməh-işməh ver. Atam da deyir ki, məni izdiyillər, adamnan bu qarğuluğa çörəh gön­dərə bilmərəm. Deyir, bir dənə gamışım var, böyüh gamışdı. Bağlancağı bağlıyıram, yeməh-işməyi bağlıyıram gamışın boğa-zına. Gedir gamış qamışdığa girən təki bunun adamları gəlir bu çörəyi alır aparır. Axşama qədər bunnan dolanıllar, savahı bir də.

Deyir, beş gün Nəbinin adamları qaldı mansırada, beş gün gamışın boğazında ona mən çörəh daşıdım. Beşinci gün gamışı çö­rəh boğazında yolluyanda axşam gördüm gamış qayıtdı çörəh boğa­zında. Deyir dedim ki, hə, Nəbi çəkilif gedif. Orda olsaydı, gamışın boğazınnan çörəh açılardı. Deyir, sohra eşitdim ki, Nəbi Qarqar yuxarı gedif, Ağdamın üsdündə Qızılca vardı, ordan addıyıf, Av­dal-Gülaflıdan addıyıf gedif Kərkicahana sarı. Onnan sora arxayın oldum ki, Nəbi sağ-salamat gedif.


64. QAÇAQ QARAŞ
Mircəfər Bağırov gəlir düşür Ağdaşa qırx nəfər atriyadnan. Daşdılı Xasay da bunnarın içində oluf. İki dənə rus milisyəsi verir Daşdılı Xasaya, deyir:

– Gedin Qaçax Qaraşı götürün gəlin.

Xasay deyir, getdix üş dənə alaçıxdı. İçəridən bir zənən çıxdı:

– Qardaş, xeyirdi?

Dedim ki, Qaraş lazımdı. Dedi:

– Düşün çay için, gələr.

Deyir, Qaraşın bir qara Qəmər atı var, elə bil Koroğlunun Qıratıdı. Rusdar mütəkgəyə söykəndilər, başlarını qoydular yat­dılar. Mən də mütəkgəyə söykənmişəm, gözdüyürəm görüm hansı tərəf­dən atın tozanağı gəlir. Bir də gördüm Qəmər atın tozanağı gəlir. Qaraş gəldi. Həqiqi də general kimi bir oğlandı.

Nəysə, atını tutdular. Arvad sınavarı dəmliyif pilov bişirif. Kişi getdi yuyundu elədi. Gəldi çörəh yedi. Daşdılı Xasay da elə belə adam deyildi. Onun hər qolunun üsdünə dörd adam minsə, yendirə bilməzdi. Heylə bir adam idi. Dedi:

– Qardaş, xeyir ola, nə üçün gəlmisiz?

Dedim ki, Mircəfər Bağırov sənnən görüşməh isdiyir. Deyir gəlsin görüşək. Dedi:

– Yaxşı, gedin, gəlirəm.

Addadı o biri alaçığa. Silahı, paltarı çıxarıb bir naxırçının libasını geyif gəldi ki, gedək. Arvad bərkdən dedi ki, Qaraş, indi­yə­tən əlli pud arpa yeyif nə olmusan, innən sora əlli pud yeyif nə olas­san. Mircəfər Bağırovun qabağına gedirsən bu libasda? Qayıt get birə beş paltarını da geyin, silahını da götür. Elə geyin həmişə­kin­nən yaxşı. Get, qoy güllələsin səni. Desinnər Qaçax Qaraşı Mircə­fər Bağırov güllələdi.

Bizə dedi:

– Gedin, gəlirəm.

Biz elə yeni çatmışdıx. Halay vuruf stol qoyuf oturuflar. Qa­raş Qəmər atnan gəldi. Yüz metr qalmış saxladı. Buna afiserski salam verdi. Mircəfər Bağırov durdu stoldan, getdi Qaraşın qaba­ğına. Qoluna girdi, atı apardılar. Gətdi meydanın ortasına. Dedi:

– Qaraş, anan namaz üsdə idi. Əgər bu cəsarətnən mənim üs-dümə gəlməsəydin, səni gülləliyəjeydim. İnnən sora oldun mənim sağ cinahımda. Bir tərəfimdə oldu Xasay, bir tərəfimdə sən.




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin