III
TДRДKДMД YEMДKLДRİ
BAĞIR-BEYİN
Atam həftədə bir dəfə gətirif cavan heyvan kəsərdi. Deyərdi arvad, bunu bağır-beyin bişir. Anam onun başın ütürdü, təmiz yuyuf diri kəlləni qazana qoyuf qaynadırdı. O qədər qaynadırdı ki, da kəlləni belə götürəndə ət silkələnirdi, qalırdı quru sümüyü. Suyunu qoyurdu kənara. Bu səfər bu heyvanın qara ciyarını, bir də qara ciyarı barabarında quyruğunu salırdı qazana, az miqdarda duz atırdı. Öz xoduna həzin buğnan tamam qaynıyıf bişirdi. Elə bişirdi ki, nejə ki kartofu belə basanda əzilər, onu çömçəynən basırdı, əzilirdi. Oları çıxardırdı sudan, qoyurdu bir qava. Həvəngdəsdədə qara ciyarı, bir də quyruğu tamam əzirdi. Qalan kəlləni qırırdı, beynini də qatırdı onnara, qarışdırırdı. Sora halva təki yasdılıyırdı, kəsərdi onu. Rəhmətdih atam oturardı, bizi yığardı başına. Deyirdi yeyin. Uşağdıx, yeyə bilmirdih, yağlı şey idi. Yemiyəndə məjbur eliyirdi yeyin. Anam deyirdi: “Ay kişi, məjbur eləmə, uşaxdı, yeyə bilmirlər”. Deyirdi: “Ay arvad, sən bilirsən bu nədi? Bu bütöy uşağın iliyinə, beyninə axır. Bunu yeyən uşax zehnli olar, yaddaşı güjdü olar. Qaraciyarı yeyən adamın ciyarı o qədər təravətdi olur ki, ömrünün axırınatan onun ciyarına zədə düşməz”.
DƏRİ BASDIRMASI
Atam beşa-altı aylıx quzunu kəsirdi. Deyir arvad, təndiri odda, dəri basdırması bişir. Quzunun dərisini bütöy soyurdu. Onun qollarını, boynunu məftilnən möhkəm buruf bağlıyardı. Sora o quzunu bənd-bənd doğruyuf duzunu, soğanını, hər ədavasını vuruf teşdə qarışdırardı, yığardı o dərinin içinə. İçinə də bir litrə qədər su tökərdi. Ağzını bağlıyıf deyərdi arvad, qoy təndirə. Anam onu qoyurdu təndirə, üsdünnən ojağı qalıyırdı. O ütüldühcə dərini qaşıyırdı. O vaxda qədər qaşıyırdı ki, dəri qıfqırmızı qızarır. Dəri ağaranda çıxardırdı. Gətirif çöldə onu tamam qaşıyırdı, qarasını töküf nəm əysiynən silirdi. Böyüh qazan gətirif dərini açıf içindəkini tökürdü ora. Dəridən çıxıf töküləndə iyi asfalda qədər gedirdi. Heylə ləzətdi yemək idi.
BASDIRMA
Malı kəsirdilər, əti doğruyurdular, ona soğan, istiot, nar, hər cür ədva vurulurdu. Saxsı küpə yığırdılar, ağzını örtürdülər. Bir də açırdılar ki, ətin rəngi gömgöydü. Onu taxırdılar, düzürdülər kababa. Onun tamı da gözəl olurdu. Ona basdırma deyirdilər.
SULUX
Qoyun doğanda sulux bişirilirdi. Təzə doğulan qoyunun ətə-nəsini götürüf üfürürdülər. Quzunu mayalandırannan sora qalan südü sağıf o tuluğun içinə tökürdülər. Yerdən bir az qazırdıx. Ojağı qalı-yırdıx, közü sönür, onun qoru qalırdı. Tuluğu həmin qora basdı-rırdıx. Orda gözəl bişirdi. Pendir kimi olurdu, amma onun dadı başqa cür olurdu. Həmin yeməkdən böyük adamlara sovqat da göndərilirdi.
Təzə doğan qoyunun ikinci gün südünnən bişirilən yeməyə kətəməz, üçüncü gün bişirilənə bulama deyilirdi. Onu da bulamasan çürüyür.
AXTARMA PENDİR
Motalların ən qənirsizi axtarma pendirdi. Dağdan gələndə ayranı öküzə yüklüyürdülər. O motal öküzün belində o qədər çalxa-lanırdı ki, pendir diş-diş dururdu, qalanı da yağ olurdu. Bekaraca da ayranı olurdu. Mal-qara qurudana yaxın südünün yağlılığı çox olur. Onnan hazırlanan pendir də ən yaxşı pendir sayılır.
Pendiri qavaxca cılğıya yığardılar – dərinin ət üzünə. Orda yetişərdi pendir. Sora motal düzəldərdilər, tük üzünə yığardılar.
Dostları ilə paylaş: |