Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə111/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   107   108   109   110   111   112   113   114   ...   197
22. XEYRÜL-ƏMƏL
I mətn

Peyğəmbər devrində bir nəfər atası rəhmətə gedəndə gətirir ehsan verir. Dünyanın nazını-nemətini verir. Çağırır addı-sannı, varrı adamları, bu adamlar bu ehsanda bişən yeməhdən gündə yeyillər. Bir tamarzı insan çağırmır da, özünə layax adamları çağırır. Ehsanı tökür bunnan ona, yeyillər-içillər. Hamı durur, biri demir Allah bunun atasına rəhmət eləsin, qarnım doydu. Hamı deyir halal olsun, kişinin oğlu yaman ehsan verdi. Ə, halal osun, Vaqif* vallah nənə­sinə bir ehsan verdi, da dünyanın nemətini ora töhmüşdü. Amma heş biri demədi Allah rəhmət eləsin Vaqifin nənəsinə. Nənəsinin ehsanında getdim yedim, qarnım doydu.

Bir dənə sail gəlir. Bu oğlanın da Xeyri addı bir xidmətçisi varmış. Qazanın böyründə deyir ki, üş gündü dilimnən tam adda­mır. Bu tamdan bir tikə verin, mən dadım. Qılçam yer tutmur. Aya­ğım yer tutsun, mən gedim. Ayləm evdə zahıdı, onun döşündə ma­ya yoxdu ki, körpəni mayalandıra. Onnan bircə tikə aparam zahı ye­­sin, döşünə süd gəlsin, körpəni mayalandırsın. Deyəndə bunu qavıl­­lar ki, get, get, get. Tacir bunu bilsə, səni də, bizi də öldürəjəh. Xeyri buna deyir ki, dayan. Xeyri özünün payına düşən azuqəsini çıxardır barıdan kənara, uzax bir yerdə deyir:

– Ala, bax yediyu ye, yemədiyu da nəyə tökürsən tök, apar. Amma qavı aparma, qav sannandı. Ağamız qutarannan sora sanıya-jax, qav kəm qalsa, bizə cəza verəjəhdi. Qavı barının başınnan at içəri, yeməyi nətər aparırsan apar.

Sail oturur bunnan yeyir, qarnını doyurur. Qalanını neyniyim, nejə eliyim? Papağını belə çöyürür, arxasını belə çala kimi düzəl­dir, qalan aşı tökür bura. Döyrəni gətirir tulluyur bura, çıxır gedir. Apa­rır aşı verir. Arvadı bunu yeyir, döşünə süd gəlir. Kör­pəsini əmiz­dirir. Bu o qədər savaba düşür ki, bunun savabı gedir çatır dün­yasın dəyişən tacirə.

Peyğəmbər devri imiş də. Oğlan gəlir atasının qəvri üsdünə, deyir:

– Ey ata, səə bir belə ehsan verdim, bunnan səə çatdımı?

Buna səda gəlir ki, ey oğul, vallah, sən nə verdin bilmirəm, papaxdakı aşdan başqa mənim gözüm heş-zad görmədi.

Bu qayıdır gəlir. Gedir peyğəmbərin yanına ki, ya peğəmbər, bu nə olan işdi? Mən bir belə ehsan vermişəm, atam deyir papax-dakı aşdan başqa gözümə heş nə görükmədi. Papaxdakı aş nə olan şeydi?

Deyir:


– Get xidmətçilərdən soruş, gör “papaxdakı aş” nə deməkdi?

Gəlif deyəndə bu Xeyri deyir ki, ağa, belə bir hadisə baş verdi. Mən yemədim günorta naharımı, verdim sayıla. Demək o ofsa­nata keçif. Gəlif peyğəmbərin yanına:

– Ya peğəmbərim, belə iş oluf.

Deyir:


– Ya İlahi, xeyrül-əməl. Demək sənin əməlinnən Xeyrinin əməli beş dəfə savab oldu. Dünyanın savabını Xeyri qazandı, sən yox.

II mətn

Bir imkannı kişi olur. Bu rəhmətə getməmişdən oğluna vəsi­yət eliyir ki, oğul, səə bir belə var-döylət verif gedirəm, mənə yaxşı ehsan ver.

Deyir:

– Baş üsdə.



Vaxd gəlir, kişi rəhmətə gedir. Buna yeddi gün çox qəşəh ehsan verir. Qırxına az qalanda kişi oğlunun yuxusuna girir, deyir:

– Oğul, axı sənnən xayiş elədim ki, bir belə var-döylət verif gedirəm, nolar maa bir yaxşı ehsan ver.

Deyir:

– Dədə, axı verdim.



Deyir:

– Yox, sənnən gənə xayiş edirəm, maa yaxşı ehsan ver.

Bu gəlir mollaya, seyidə müraciət edir ki, belə bir şey mənim yuxuma girif. Deyir ki, verdiyin ehsan afsanata keşmiyif.

Bu gəlir deyir ki, qırxında elə ehsan verəjəm ki, bir yoldan ötən-keçən qoymuyajam qala. Onun hamısına o ehsannan yedir-dəjəm. Bir də baxır ki, bir atdı bərk gedir. Nə qədər çağırır, bu qayıtmır. Deyir:

– Eybi yoxdu, bir qab yemək verin, bu saat atnan çatıf yeməyi verif, qayıdajam.

Gedif buna çatır:

– Ay qardaş, bəs səni bir belə çağırdım. Burda ehsan verilir, onnan bir tam eliyərdin.

Deyir:


– Tələsiyirəm.

Bu görür ermənidi. Erməninin əl-ayağı qava-qaşığa dəyməsin deyə surfanı sərir yerə, yeməyi tökür bunun üsdünə. Deyir:

– Ye.

Həmən gejə atası bir də girir yuxusuna. Deyir:



– Oğul, sağ ol, yaxşı ehsan verdin. O bir qav mənim afsa­na­tım olajaydı, onu da ağzı üsdə çöyürdün, o da maa qismət olmadı.

Söyləyici bu mətni Seyid Məhəmməd ağadan eşidib.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin